Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vidadi Babayev sahibkarlıqla məşğul olduğunu deyib: “İmişlidə obyekt tikmək üçün sənəd lazım idi. Buna görə məni rayon icra hakimiyyətinə çağırdılar. Dedilər ki, Vilyam Hacıyev məzuniyyətdə …
Read More »Monthly Archives: Aprel 2022
Azərbaycanda 22 yaşlı əlaçı tələbə qəflətən vəfat edib
Azərbaycanda 22 yaşlı tələbə qəflətən vəfat edib. Bu barədə “Report”a Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib. Bildirilib ki, Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən dünyasını dəyişib. Qeyd edək ki, Sona Qarazadə universitetin əlaçı tələbələrindən idi.
Read More »Nazirlik: “I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri görülür”
“Birinci Qarabağ müharibəsi əlillərinə, onların vəfat edənlərinin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar” mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi …
Read More »Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək
“Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb”. Boyukmillet.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub: “Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti …
Read More »Quba polisi əməliyyat keçirib, saxlanılan var
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xucbala kənd sakini Azər Məmmədov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqramdan artıq narkotik vasitə olan marixuana, əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkisi …
Read More »Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Bu barədə ADY-dən bildirilib. Məlumata görə, işçi qrupunun növbəti iclası bu ayın sonunda Bakıda keçiriləcək. Daşkənddə Azərbaycan və Özbəkistanın dəmir yolu qurumlarınun rəhbərlərinin görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean …
Read More »Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan “Report”a verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 237 hektar ərazi mina və partlamamış …
Read More »Azərbaycan XİN Ermənistana cavab verib
“Ermənistan XİN-in növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb. “1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı …
Read More »Ukrayna Baş Qərargahı: “Rusiyanın canlı qüvvə itkiləri 19 500-ə çatıb”
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 500-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib. Bundan başqa, hücum edən tərəfin 725 ədəd tankı, 1 923 ədəd zirehli döyüş maşını, 347 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 154 ədəd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar