Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Milli Məclisin deputatları Şuşada gəzintiyə çıxıb

Milli Məclisin deputatlarının Şuşa şəhərində gəzintisi başlayıb. Boyukmillet.com xəbər verir ki, onlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri, tarixi və mədəni abidələri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar. Qanunverici orqanının nümayəndələri həmçinin Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

Read More »

Xocalı və Buça qətliamları: “İkili standartlar və cəzasızlıq yeni soyqırımıların törədilməsinə səbəb olur”

Rusiya Ukraynaya qoşun yeritdiyinə görə demək olar ki, hər gün rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunur. Aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb. Azad …

Read More »

Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb. Qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib. Nazir Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan …

Read More »

Azərbaycanın xarici işlər naziri İsraildə törədilən terror aktını qınayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazir başsağlığını aprelin 8-də Bakıda İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşdə çatıdırb. C.Bayramov dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Read More »

Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə ayrılmış mənzillər özəlləşdiriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək. Mənzillərin özəlləşdirilməsi …

Read More »

İlham Əliyev: “Hacı Əliyev, sən artıq olimpiya çempionusan”

“Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan”. Boyukmillet.com -un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. “Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır, çünki 4 ildən bir …

Read More »

Prezident: “Gənclər və İdman Nazirliyi güləşə xüsusi diqqət yetirməlidir”

“Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə əlbəttə ki, xüsusi diqqət verməlidirlər”. Boyukmillet.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini …

Read More »

Prezident: “Qurban Qurbanov çox ləyaqətli hərəkət edib”

“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil”. Boyukmillet.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib. “Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini …

Read More »

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb. Belə ki, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb. Məhkəmə apellyasiya prostestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum …

Read More »

ICMP Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı plan təqdim edəcək

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) yaxın zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında işlərin baxılması üzrə konkret tədbirləri nəzərdə tutan plan təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ICMP-dən məlumat verilib. Təşkilatın aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüşün yekunlarını alqışladığı bildirilib. Xatırladaq …

Read More »