Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub. Boyukmillet.com xəbər verir ki, “DJ Kənan Drums”ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır. Musiqinin müşayiəti ilə Alov Qüllələri, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri …
Read More »Yearly Archives: 2022
İbrahim Kalın: “Türk axını”nın genişləndirilməsi üçün daha bir xəttin tikintisi mümkündür”
“Türkiyədə təbii qaz qovşağının yaradılması çərçivəsində “Türk axını”nın genişləndirilməsi üçün daha bir boru kəmərinin tikintisi mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Türk axını”nı bir az da gücləndirmək və yeni boru kəməri çəkmək olar. Nəticədə şərqdən qərbə, şimaldan cənuba tamamilə yeni enerji xəritəsi yarana bilər. Bu zaman Türkiyə sadəcə təbii qaz tranziti həyata keçirən ölkə …
Read More »“Güney Azərbaycan şəhərlərinin hər küçəsində İlham Əliyevin portretləri asılıb” – DAK rəsmisi
“İranla sərhədə yaxın ərazidə başlanan hərbi təlimlər Güney Azərbaycanda böyük şövqlə qarşılanıb”. Bu fikirləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) ölkənin cənub sərhədlərində dünən başladıqları hərbi təlimlərin güneydə doğurduğu reaksiyadan bəhs edən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan XTQ-nin keçirdiyi təlimlər Güney Azərbaycanda böyük coşqu yaradıb: “Maraqlıdır ki, Azərbaycan xüsusi təyinatlılarının başladığı təlimlərə …
Read More »Saatlıda müharibə iştirakçılarına medallar təqdim olunub
Saatlı rayonunda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Saatlı rayon Mədəniyyət Mərkəzində “Zəfər Günü”nün ikinci il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi qaziləri, şəhid valideynləri iştirak edib. Mərasimdə Azərbaycanın Zəfər tarixinin yazılmasında dövlət-xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, Vətən müharibəsində Silahlı …
Read More »Bakıda çatışmazlıq aşkarlanan məktəblərin sayı açıqlanıb
“Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib. Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur: “Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür”. “Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da …
Read More »Sumqayıtda əlilliyi olan xanımlar üçün gözəllik salonu yaradılacaq
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşqulluqunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili”layihəsinin icrasını davam etdirir. Bu barədə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat …
Read More »QHT Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib –
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.03 noyabr tarixində Agentliyin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.Sonra Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr barədə təkliflərin hazırlanması üzrə İşçi Qrupun tədbirlər planı layihəsi haqqında, 2023 – 2025-ci illər üzrə …
Read More »Prezident Xəzər rayonunda yolların yenidən qurulmasına 4,4 milyon manat ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya …
Read More »Bakıda 30 aptekdə yoxlamalar keçirilib, 5 protokol tərtib olunub
Analitik Ekspertiza Mərkəzi oktyabr ayında Bakıda 30 aptekdə yoxlamalar keçirib. Mərkəzdən verilən məlumata görə, yoxlamalar planlı və plandan kənar aparılıb. Araşdırmaların sonunda İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə 5 protokol tərtib edilib.
Read More »MTN generalının apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar