Cümə , 3 Aprel 2026

Yearly Archives: 2022

QMİ İranın Azərbaycana qarşı son təhdidləri ilə bağlı etiraz bəyanatı yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə …

Read More »

İran XİN başçısının Qafanda səsləndirdiyi fikirləri geri götürməsi tələb edilir

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik”. Boyukmillet.com xəbər verir ki, bunu QMİ İranın Azərbaycana qarşı son təhdidləri ilə bağlı yaydığı bəyanatda bildirib. “Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz …

Read More »

Bərdədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib

Oktyabrın 28-də Bərdə şəhəri Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ikinci ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, …

Read More »

“Putinin dünən səsləndirdiyi bəyanat Ermənistana ciddi xəbərdarlıqdır” – RƏY

“Hesab edirəm ki, Putinin dünən səsləndirdiyi bəyanat əslində Ermənistana çox ciddi xəbərdarlıqdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, son dövrlər Ermənistan bölgəyə kənar qüvvələri cəlb edir: “Yəni söhbət xüsusilə də Qərbdən, Avropa İttifaqından gedir. Ermənistan burada, eyni zamanda, Rusiyanı proseslərdən uzaqlaşdırmağa çalışır. Son günlər ümumiyyətlə Ermənistanda verilən bəyanatlar da diqqətçəkicidir. Ermənistanın KTMT-dən çıxmaqla bağlı açıqlamalar …

Read More »

Rusiyada qismən səfərbərlik başa çatıb

Rusiyada qismən səfərbərlik başa çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. Müdafiə nazirinin sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib. Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb, 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərlik çərçivəsində çağırılanların …

Read More »

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq …

Read More »

“Yaxın zamanlarda ikinci Azərbaycan dövlətinin şahidi olacağıq“ – Sabir Rüstəmxanlı

“Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq”.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib. S.Rüstəmxanlı qeyd edib ki, rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib: “Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət …

Read More »

Şuşada TDT-nin audiovizual media üzrə tənzimləyici qurumlarının Niyyət Bəyannaməsi imzalanıb

Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanları arasında Niyyət Bəyannaməsi imzalanıb. Boyukmillet.com-un xəbərinə görə, sənədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri imza atıblar. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu Türkiyədə keçiriləcək.

Read More »

Putin: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmalara əməl etmək sülhün yeganə yoludur”

“Üçtərəfli bəyanatların həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitində deyib. Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı birgə bəyanatların bütün müddəalarına tərəflərin ciddi əməl etməsi sülhə aparan yeganə mümkün və …

Read More »