Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Ermənistan Azərbaycan Ordusunun Daşkəsən və Kəlbəcərdəki mövqelərini atəşə tutub

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Prezidenti: “Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”

“Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı deyib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. …

Read More »

Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpılıb, ölən və yaralananlar var

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, “Kia” və “Pirus” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi …

Read More »

İlham Əliyev: “Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi”

Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətinə irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, …

Read More »

İlham Əliyev: “Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir”

“Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə …

Read More »

Azərbaycan lideri: “Belə bir gündə Türkiyə Prezidentinin Zəngilanda, Cəbrayılda olması xüsusi məna daşıyır”

“Belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl …

Read More »

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cəbrayıl rayonu ərazisinə 15 baş ceyran buraxıblar

Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə 15 baş ceyran buraxıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xatırladaq ki, daha əvvəl oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər.

Read More »

Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda ağac əkiblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl rayonunda ağac əkiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün ölkə liderlərinin iştirakı ilə Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib.

Read More »

Rominanın uğrundan Komitə sədri Fuad Muradova pay düşürmü?

Bir neçə gündür ki, sosial şəbəkələrin bizə aid olan seqmenti İsveçin iqlim və ətraf mühit naziri təyin olunan Romina Purmoktaridən yazır. İranəsilli sayıldığı üçün, onun etnik azərbaycanlı olduğunu iddia edənlər bu xəbəri böyük sevinclə paylaşırlar. Ən qəribəsi budur ki, Fuad Muradovun diaspor siyasətinə dəstək verən saytlar, jurnalistlər və blogerlər İsveçdə doğulub boya başa çatan, miliyyəti hələ tam məlum olmayan, Azərbaycan …

Read More »