Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 …

Read More »

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il keçir

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə …

Read More »

Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır

Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar tətbiq olunub.Dezinformasiya xarakterli məlumatların cəmiyyətdə panikaya, çaşqınlığa səbəb olduğu özünü daim göstərir. Yaş kateqoriyasından asılı olmayaraq hər kəsin sosial mediaya çıxışının olması isə problemlərin əhatə …

Read More »

Çin vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıb

Çinin Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi hazırda bu ölkədə olan bütün vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri tviter hesabında məlumat yayıb. Nazirlik müraciətini “ciddi təhlükəsizlik vəziyyəti” ilə əsaslandırıb. Diplomatik nümayəndəliklərin əməkdaşlarının evakuasiyaya köməklik göstərəcəkləri söz verilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Çin Xalq Respublikasının Ukrayna səfirliyi hakimiyyət orqanlarının təxliyə …

Read More »

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət …

Read More »

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun …

Read More »

Rusiyada səfərbərlik çərçivəsində orduya çağırılan azı 16 nəfər Ukraynada ölüb

Rusiyada qismən səfərbərlik çərçivəsində ölkənin müxtəlif regionlarından orduya çağırılan 16 nəfər Ukraynada cəbhədə ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb. Bildirilib ki, oktyabrın 15-də qismən səfərbərlik çərçivəsində cəbhəyə göndərilən 5 hərbi qulluqçunun həlak olması barədə məlumat yayılıb. Sankt-Peterburqdan olan müəllim və Krasnoyarsk diyarının sakinləri Ukraynadakı müharibədə ölüb. Səfərbər olunanlardan ən gəncinin 23 yaşı var idi. Sankt-Peterburqun 631 …

Read More »

Türkiyə Prezidenti “Bartindəki hadisə ilə bağlı ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”

“Bartindəki hadisəni detallı şəkildə araşdıracaq, ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. O bildirib ki, müxtəlif nazirlərin partlayışla bağlı işləri davam edir. Ədoğan, həmçinin həlak olan şəxslərin ailələrinə başsağlığı verib. Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 40 nəfər ölüb.

Read More »

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Read More »