AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müəllifləri Subut Mehdiyev və Səhər Manafova olan “Tarixin zəfər yolu”, “Qax şəhidləri” kitablarının təqdimatı keçirilib.Tədbirin əvvəlində Qarabağ savaşlarında canını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra giriş sözü ilə S.Mehdiyev gələn bütün iştirakçıları, ziyalıları, I və II Qarabağ savaşında iştirak edən qaziləri, dövlət xadimlərini salamladı. Müəllifi olduğu “Tarixin zəfər yolu” …
Read More »Yearly Archives: 2022
FHN kəskin hava şəraitinə görə əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qeyd olunub ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı …
Read More »Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya …
Read More »Qarabağda maddi mədəniyyət nümunələrinin siyahıya alınmasına başlanılıb
Qarabağdakı maddi mədəniyyət nümunələrinin siyahıyalma işləri başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib. Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir: “Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq”.
Read More »Xankəndi-Laçın yolunda keçirilən aksiyası Nyu-Yorkda nümayiş olundu
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səkkiz gündür davam edir. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son”, “Mina terroruna son” şüarları ilə keçirilən aksiyada vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri və gənclər iştirak edirlər. Qeyd edək ki, aksiyaya səbəb dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak …
Read More »Vahid Əhmədov: “Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?”
“Texnoparklar fəaliyyətə başlayanda 7 illik güzəştlər təklif etmişdik. Niyə biz bunu İKT sahəsinə etməmişik ki, hazırda bu vəziyyətlə üzləşmişik?” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. “Niyə biz indi bu məsələyə gəlib çıxmışıq? Digər ölkələr bizdən üstündür. Burada qeyd olundu ki, kadr çatışmazlığı var. Bundan başqa, istehsal olunan məshulların …
Read More »Xüsusi təyinatlı polkovnik-leytenant Elşad Quliyevin xatirəsi anılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2012-ci ilin aprelin 6-da Gəncə şəhərində keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş xüsusi əməliyyatlar strukturunun polkovnik-leytenantı Elşad Quliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində mərhumun ailə üzvləri ilə yanaşı, DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Xidmətin Heydər Əliyev adına Akademiyasının kursantları və DTX-nin hərbi hissəsinin əsgərləri iştirak ediblər. Tədbirdə çıxış …
Read More »Rusiyanın 10 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini dekabrın 27-dək uzadıb. Boyukmillet.com “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq …
Read More »Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dak güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətində verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecə şimal …
Read More »Niderland Ukraynaya 1 milyard avroya yaxın hərbi yardım edib
Niderlandın Ukraynaya verdiyi hərbi yardımın ümumi dəyəri 987 milyon avroya çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib. Onun sözlərinə görə, müvafiq məbləğə avadanlıq üçün 697 milyon avro, 120 milyon avro hərbi yardım paketi və Ukrayna Beynəlxalq Fonduna 100 milyon avro töhfə daxildir. Bundan əlavə, Niderland da NATO-nun Ukraynaya hərbi dəstək fonduna 25 milyon avro ayıracaq. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar