Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər. “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin – yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər. Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir. Aksiya hazırda davam edir. Aksiya iştirakçıları qeyd edirlər ki, …

Read More »

Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib

Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Təyinat nazirlik kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı …

Read More »

Brüsseldə Yunanıstan və Türkiyə nümayəndələri arasında gizli görüş keçirilib

Brüsseldə Yunanıstanın Baş naziri Anne-Mariya Bura ilə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın arasında gizli görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə newsbreak.gr portalı məlumat yayıb. Məlumata görə, görüş “son dərəcə məxfi şəraitdə”, Almaniya kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Pletnerin iştirakı ilə baş tutub. Görüşdə tərəflərin ikitərəfli münasibətləri bərpa etmək üçün bir-birinin niyyətlərini öyrənməyə çalışdığı bildirilib.

Read More »

Sülhməramlılar təkcə ermənilərin mənafeyini qoruyurlar – QHT sədri

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri yeddi gündür ki, Şuşa-Xankəndi istiqamətində etiraz aksiyaları keçirirlər. Məqsədimiz isə bəllidir: sülhməramlıların xidmət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı dayandırılsın. Bundan əlavə, ekologiyamıza da ciddi zərər dəyir. Tələb edirik ki, müvafiq dövlət qurumları, o cümlədən QHT-lər ekoloji məsələlərlə bağlı monitorinq keçirsinlər. Təəssüf ki, bu günə qədər ərazilərimizdə monitorinqlərin keçirilməsinə şərait yaradılmayıb. Bu fikirləri AZƏRTAC-a müsahibəsində “İnformasiya …

Read More »

Rusiya Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb

Rusiya hökuməti Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib. Bildirilib ki, hökumət “Gəlir və kapitala görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişin fəaliyyətinin dayandırılması ilə bağlı federal qanun layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edib. Qanun layihəsinin müəyyən edilmiş …

Read More »

Messi millidə çıxışını davam etdirəcək

Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək. Bu barədə Boyukmillet.com “TyC Sports”a istinadən xəbər verir. “Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, – deyə Messi bildirib. Qeyd edək …

Read More »

BVF Almaniyaya xəbərdarlıq edib

“Almaniyanın bir çox sahədəki boşluğu aradan qaldırmaq və biznes üçün cəlbedici ölkəyə çevrilməsi üçün kütləvi dövlət investisiya proqramına ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer “Der Spiegel” jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, BVF Almaniyanın enerji, infrastruktur, ixtisaslı işçi qüvvəsi və ya rəqəmsallaşma baxımından əhəmiyyətli problemlərindən narahatdır: “Almaniya hər yerdə geridə …

Read More »

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentləri türkmən qazının ixracını müzakirə edəcəklər

“Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı yol xəritəsini qərarlaşdıracaqlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası …

Read More »

Azərbaycan XİN: “Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edirik”

“Kanada Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəti şəkildə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter hesabında Kanada XİN-lə bağlı bəyanatında yer alıb. Qeyd edək ki, Kanada XİN növbəti dəfə Ermənistanı müdafiə edən bəyanat yayıb. Azərbaycan XİN isə öz növbəsində vurğulayıb ki, Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmaqla …

Read More »