Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir. Boyukmillet.com xəbər verir ki, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir. Baş …
Read More »Yearly Archives: 2022
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin rütbədən məhrum edilməsi barədə qərar çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib. Qeyd edək ki, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə …
Read More »Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının hüquqi qiymətləndirilməsi ilə bağlı MM-də dinləmələr keçiriləcək
Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbayan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi nəzərdə tutulur. “Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planında yer alıb. Komitənin iş planına daxil edilən digər məsələlər aşağıdakılardır: – Vətən müharibəsi dövründə …
Read More »KTMT Baş katibi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, təşkilatın missiyası İrəvanda işə başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir. Xatırladaq ki, nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək üçün Ermənistana …
Read More »Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb
Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir. Belə ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə …
Read More »Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər …
Read More »ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb
Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 4,2% çox olacağını proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir. Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur. Bank gələn il Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu isə dəyişməyərək 2,8% saxlayıb. ADB ümumilikdə …
Read More »Kolumbiyalı jurnalist: “Ermənistan özünü qurban kimi göstərməklə dünya mediasını yanıldır”
Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-dən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından bəhs edən yazı dərc olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib. Məqalədə, Azərbaycanın humanist ölkə olmasından, COVID-19 pandemiyası dövründə ölkəmizin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı qlobal təşəbbüslərə maliyyə dəstəyi, …
Read More »Azərbaycanla Estoniya arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Görüş zamanı, Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq əlaqələri və Ermənistanın təxribatı nəticəsində bölgədə yaranmış gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Estoniyalı həmkarını Ermənistanın davam edən və sülh …
Read More »Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına bıçaqla hücum edilib
Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib. Boyukmillet.com xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib. Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Təcili tibbi yardımın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar