Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadılıb

2022-2023-cü tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə üzürlü səbəbdən elektron qeydiyyatdan keçə bilməyənlər üçün məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyat prosesi oktyabrın 1-dək uzadılıb. Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. …

Read More »

Kipr rum tərəfi adada sürətlə silahlanır – Quzey Kıbrıs XİN-dən sərt TƏPKİ

Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.  Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz …

Read More »

Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb edib

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə …

Read More »

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Azərbaycan xalqına başsağlığı verib. “Ermənistanın həyata keçirdiyi təxribatlar nəticəsində Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda Azərbaycan ordusunun 50 şəhid verdiyini dərin təəssüf hissi ilə öyrəndik. Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik”, – deyə bildirilib.

Read More »

Ermənistanın XİN başçısı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək. A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir. Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.

Read More »

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 …

Read More »

Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li …

Read More »

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Boyukmillet.com xəbər verir ki, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub. Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda digər hindistanlı Vişvanat Sureşlə üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Babayev gümüş medala yiyələnib. Yığmanın ən ağır çəkili boksçusu …

Read More »

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi “Merdeces-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb. O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb. Faktla bağlı Salyan …

Read More »

Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, ümumi layihələr keyfiyyəti, icra potensialı və sosial-iqtisadi təsirləri kimi qiymətləndirmə …

Read More »