Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sentyabrın 15-də saat 08:50-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il …

Read More »

Erməni təxribatçılarının Azərbaycan Ordusunun mövqeləri arasında basdırdığı minalar zərərsizləşdirilib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd …

Read More »

“Səbuhinin yasında dəftər qoyub pul yığırdılar”

“Şəhidin yasından öz məqsədləri, mənafeləri üçün istifadə edən nə qədər vicdansız insanlar var.  Bir neçə hesab açılıb, pullar toplanıb. Heç birindən Sənanın xəbəri yoxdur. Kimlərəsə böyük məbləğdə Sənana çatdırılması üçün pullar verilib. Amma o pullar Sənana çatmayıb”. Boyukmillet.com xəbər verir ki, bu sözləri şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.  O, qeyd edib ki, sosial şəbəkələrdə şəhidin adına yığılan pullar …

Read More »

Avropa Liqası: “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib. İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib. Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” …

Read More »

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü vəfat edib

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib. M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.

Read More »

Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin son vəziyyəti açıqlanıb

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır. A.Musayevin müalicə aldığı xəstəxanadan “Report”un Qərb bürosuna bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: “Hazırda onun vəziyyəti stabildir”. Kəlbəcərdə xəsarət alan …

Read More »

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatları ilə bağlı Qərbi Azərbaycan İcmasının BƏYANATI

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlamaqla öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoymuşdur. 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan, nəhayət, qüdrətli ordumuz tərəfindən darmadağın edilərək 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədinə imza atmağa məcbur edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə …

Read More »

Cəbi Quliyev: Ermənistan dünyada cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarından Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan–Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib. Cəbi Quliyev …

Read More »

ŞƏT-in sammitində Səmərqənd Bəyannaməsi qəbul edilib

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb. Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi …

Read More »