Sentyabrın 13-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Müsahibənin vaxtı və yeri barədə namizədlərə sms vasitəsilə məlumat verilib. Müsabiqənin müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri yoxlanılacaq. Müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, …
Read More »Yearly Archives: 2022
Elektron xidmətlərin göstərilməsi üçün sənədlərin tələb edilməsi minimuma endirilir
Elektron qaydada dövlət xidmətlərinin göstərilməsi üçün vətəndaşlardan sənəd və ya məlumatların tələb edilməsi halları minimuma endirilir. Boyukmillet.com xəbər verir ki, bu günlərdə dövlət başçısının imzası ilə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş sənədlər paketində bu məsələləri özündə ehtiva edən 47 qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli …
Read More »Baş nazir Ağsuda müşavirə keçirib, buğda istehsalındakı problemlər müzakirə olunub
Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub. Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir …
Read More »Azərbaycan xüsusi təyinatlıları Türkiyədə “Sonsuz qardaşlıq-1” təlimində iştirak edir
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir. Boyukmillet.com xəbər verir ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.
Read More »Rasim Məmmədov: “Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib”
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. R.Məmmədov bildirib ki, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı onu dəfələrlə hədələyib: “Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən …
Read More »Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verib
Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib. Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur: “Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli …
Read More »BŞTİ valideynlərə çağırış edib: “Şagirdlər məktəbə ötənilki formalarla gələ bilərlər”
2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər: “Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün …
Read More »Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? – Video
Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib. Şirinov Tərlan iddia edir ki, o, xəstəxanaya müraciət edən zamam yaranan mübahisə …
Read More »Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib: “Niyə onlar barədə ölçü götürülmür?”
Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır. “Report”un xəbərinə görə, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub. Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün …
Read More »Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb
Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Boyukmillet.com xəbər verir ki, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar