Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Sentyabrın 14-18-də Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir keçiriləcək. Komandamız turnirdə baş məşqçi Elbrus Rzayev və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq. Serbiyada ölkəmizin idman şərəfini Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Nadir Məlikov (57 kq), Tacı Tağızadə (60 kq), Səid Abdullayev (63,5 kq), Sənan Hətəmov (67 kq), Daniel …

Read More »

Deputat: “Media resurslarından istifadə etmədən gənclər siyasətində nəticə əldə etmək olmaz”

“Media resurslarından səmərəli istifadə etmədən gənclər siyasətində gözlənilən nəticəni əldə etmək olmaz və bu baxımdan vahid informasiya məkanını yaratmaq çox effektivdir”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Həştərxanda keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” beynəlxalq media forumu çərçivəsində “Xəzəryanı ölkələrin gənclər siyasətində medianın rolu” panelində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir oğlu bildirib. O deyib ki, bu …

Read More »

Azərbaycan Prezidenti Binəqədidə yeni inşa olunan məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il …

Read More »

İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn …

Read More »

Allahşükür Paşazadə Qazaxıstana gedir, Roma Papası ilə görüşü planlaşdırılır

Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir. Qazaxıstanın paytaxtı Nursultan şəhərində sentyabrın 14-15-də keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq …

Read More »

Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirilib

“Liv Bona Dea Hospital” Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycandan iş adamları, eyni zamanda türk könüllülər, Milli Məclisin deputatları Könül Nurullayeva, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, türkiyəli iş adamları Ədalət İnanç, Neslihan Tonbul, Seval Bahçivan, Jalə Balcı, Ebru Ural, Elif Hobikoğlu, …

Read More »

Azərbaycan Fransa Assosiasiyalar Forumunda təmsil olunur

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası Fransa Assosiasiyalar Forumunda iştirak edir. Boyukmillet.com xəbər verir ki, Parisin 15-ci rayonunda baş tutan tədbirdə əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransalılara daha yaxından tanıtmaqdır. Forumda Azərbaycan xalçaları və digər əl işləri, milli şirniyyatlar nümayiş olunur, jurnallar paylanılır və qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılırlar. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini çoxlu sayda qonaqlar ziyarət ediblər. Azərbaycanın stendi ilə yaxından maraqlananlar arasında …

Read More »

Füzuli-Ağdam avtomobil yolunun inşası sürətlə davam edir

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin …

Read More »

Beynəlxalq səyahətçilərin Şərqi Zəngəzura səfəri başa çatıb

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) Şərqi Zəngəzura səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub. Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan rayonuna səfər ediblər. Onlar bu rayonlarda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran …

Read More »