Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb. Bildirilir ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. “Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi …
Read More »Yearly Archives: 2022
Ağalının daha 125 sakini doğma yurduna qayıdıb
Sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən Ağalıya altıncı köç karvanı yola salınıb. Boyukmillet.com xəbər verir ki, yolasalma mərasimindəDövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı …
Read More »Teatrların yeni mövsümü: “Zəfər yolu”, “Qələbə”, “Haqqın 44 günü”, “Düyməcik”
Teatrlar istər böyüklər, istərsə də uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ən uyğun məkanlardan biridir. Azərbaycanda incəsənətin bu növü hər zaman böyük maraqla qarşılanıb və sevinclə izlənilib. Artıq Azərbaycan teatrları yeni mövsümün açılışına hazırlaşır. Tamaşalar teatrsevərlər tərəfindən böyük maraqla izlənilir. Ona görə də tamaşaçılar yeni mövsümün ilk səhnəsini səbrsizliklə gözləyirlər. Akademik Milli Dram Teatrının Mətbuat Xidmətindən “Report”a bildirilib ki, teatr …
Read More »Beynəlxalq sayahətçilər Xudafərin körpüsünü ziyarət edib
Beynəlxalq ziyarətçilər Cəbrayıl rayonundakı Xudafərin körpüsünü, habelə tarixi abidənin yanındakı ermənilər tərəfindən dağıdılmış Tirə kəndini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqlara Xudafərin körpüsünün qədim tarixi barədə məlumat verilib, 2020-ci ilin payız ayınadək bu tarixi abidənin erməni işğalı altında olması vurğulanıb. Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl …
Read More »Elmira Axundova qazinin ailəsini səfirliyə buraxmadı – Kiyevdə utancverici olay – VİDEO
Xəbər verdiyimiz kimi, Ukraynada həbsdə saxlanan Vətən Müharibəsi qazisi Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev sentyabrın 5-dən başladıqları aclıq aksiyasını davam etdirirlər. Bu barədə mediyaya Misir Qasımlının bacısı Nəzakət Qasımova bildirib.Onun sözlərinə görə, aclıq aksiyasına başladıqdan sonra Misir Qasımlının vəziyyəti pisləşib. Qarabağ qazisinin vəkili Anatoli Volkov bildirib ki, dünən istintaq təcridxanasında Misir Qasımlıya iynə vursalar da, orada onun müalicəsi üçün lazım …
Read More »Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcək
Milli Məclisin deputatları sentyabrın 12-19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin sentyabrın 12-13, Monitorinq komitəsinin sentyabrın 14-15-də keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcək. Siyasi işlər və demokratiya komitəsinin iclasında …
Read More »ABŞ Müdafiə Nazirliyi silah istehsalına 1,2 milyard dollar ayırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir sıra silah istehsalçıları ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu vəsait ABŞ-ın Ukraynaya göndərdiyi silah ehtiyatlarını doldurmaq üçün istifadə olunacaq. Maliyyələşdirmə “Javelin”, “Stinger” və HIMARS reaktiv yaylım atəşi sisteminin istehsalına yönəldiləcək.
Read More »Çavuşoğlu: “Ukrayna məsələsinin həllində hamının gözü Türkiyədədir”
“Biz çalışmalıyıq ki, Ukrayna müharibəsi diplomatik yollarla həll olunsun. Bu məsələlərdə hamının gözü Türkiyədədir, hamının ümidi Türkiyədir. Hər kəsin ümidi Prezidentimiz Rəcəb Tayyib Ərdoğanadır”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri dünyanın digər ölkələrində də gedən müharibələrdən danışıb: “Ukraynada müharibə gedir. Suriyada müharibə bitməyib. İraqda qeyri-sabitlik var. Yəməndə müharibə davam edir. …
Read More »Tərtərdə 1 ədəd pulemyot və 89 ədəd patron aşkarlanıb
Tərtər rayonunda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman Həsənqaya kəndi ərazisində 1 ədəd pulemyot və 89 ədəd patron aşkar edərək götürüblər. Faktla bağlı araşdırma aparılır.
Read More »Zakir Həsənov xidməti müşavirə keçirib, Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyət təhlil edilib
Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar