“Son sutkada Ukraynada Rusiya ordusunun daha 20 tankı məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ötən gün Rusiyanın daha 460 hərbçisi zərərsizləşdirilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50610-a çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1 …
Read More »Yearly Archives: 2022
Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb
Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə sentyabrın 5-i saat 14 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobil hərəkətdə olarkən Musalı kənd sakini, 2017-ci il təvəllüdlü Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə uşaq Bakı şəhəri …
Read More »Bakıda 13 yaşlı qız ev şəraitində körpə dünyaya gətirib
Bakıda 13 yaşlı qız ana olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib: “Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”. 13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb. Hüquq-mühafizə orqanları “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı gün …
Read More »AMEA-nın professoru 91 yaşında vəfat edib
AMEA-nın baş elmi işçisi, professor İnqilab Əlibəyov vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İ.Əlibəyov 1931-ci il yanvarın 22-də Qubada anadan olub. O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamıyla “Şöhrət” ordeni ilə təltif edilib.
Read More »Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıb
Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Hadisə zamanı iki nəfər tutularaq məsuliyyətə cəlb edilib. Qeyd olunub ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlı saxlanılıb. Saxlanılan şəxslərin …
Read More »“Bu, tarixin ən böyük yalanlarından biri idi” – Akdemir
“Osmanlı dövründə yaşayan satqın ermənilər Osmanlı İmperiyasına xəyanət edib, dövlətə qarşı üsyan edib, iğtişaşlar törədib, soyqırımlar həyata keçiriblər. Bu səbəblə 1915-ci ildə Göndərmə və Məskunlaşma Qanunu qəbul edildi. Bu, Birinci dünya müharibəsində Osmanlı ordusu ilə qarşılaşa biləcək daxili ünsürləri dövlətin əli ilə döyüş bölgələrindən uzaq yerlərə göndərmək üçün Osmanlı hökuməti tərəfindən 1915-ci il mayın 27-də qəbul edilmiş köç qanunudur. Osmanlı …
Read More »Azərbaycanlı tələbələr ABŞ-da beynəlxalq sərgidə iştirak ediblər
ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi, həmyerlimiz Aydın Eminovun təşkilatçılığı ilə açılan Azərbaycan pavilyonunda milli atributlar nümayiş olunub, adət-ənənələrimizi tərənnüm edən kitablar, fotolar və suvenirlər sərgilənib. Həmyerlimiz qonaqları ölkəmiz haqqında geniş məlumatlandırıb. Bildirib …
Read More »Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »ABŞ institutu: “Ukrayna qüvvələri daha bir yaşayış məntəqəsini azad edib”
“Ukrayna qüvvələri Verbivka yaşayış məntəqəsini işğaldan azad edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb. Məlumatda xatırladılıb ki, sentyabrın 6-da Ukrayna qüvvələri Xarkov vilayətində əks-hücuma keçib. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Severski Donets və Serednya Balakliika çaylarının sol sahilinə, şimal tərəfinə geri çəkilib. Bir çox rus mənbələri Ukraynanın Verbivkada qazandığı qələbələri etiraf edib. Məlumata görə, …
Read More »Ağalıya əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb
Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürülür. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar