Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İsveçin XİN başçısı: “PKK-ya dəstəyimizdən sonra Türkiyə ilə NATO barədə danışıqlar çətinləşib”

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Sol Partiyasını təmsil edən bəzi deputatların terrorçu PKK-nın bayraqları ilə fotolar çəkdirməsindən sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqlarının çətinləşdiyini bildirib. Bu barədə Boyukmillet.com “Aftonbladet” qəzetinə istinadən xəbər verir. “Sol Partiya deputatlarının terror təşkilatı PKK-nın bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqları çətinləşdi”, – nazir deyib. “Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı …

Read More »

Azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan  verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 731 hektar ərazi mina və partlamamış …

Read More »

Azərbaycan hərbçiləri Rusiyadakı “Vostok-2022” beynəlxalq təlimlərinə qatılacaqlar  

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərini müşahidə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək. Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək. Təlimlərə silahlı qüvvələrdən Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, …

Read More »

Ermənistanda partlayış olan ərazidə hələ də FHN əməkdaşları növbə çəkir

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayışdan 2 həftədən çox vaxt keçməsinə, əməliyyat-axtarış tədbirlərinin dayandırılmasına baxmayaraq, ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hələ də hadisə yerində növbətçilik edir. Boyukmillet.com xəbər verir ki, bunu NEWS.am-a açıqlamasında Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan deyib. “İstintaq komitəsi fəaliyyətini başa vurduqdan sonra, binanın gələcək məsələsini mülkiyyətçinin necə həll edəcəyi bəlli olacaq, …

Read More »

Sabah Ermənistanın Baş Prokurorluğunda Paşinyanın həbsi tələbi irəli sürüləcək

Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilən hərbçilərinin valideynləri sabah ölkənin Baş naziri Nikol Paşinyanın həbsini tələb edəcəklər. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, valideynlər avqustun 30-da Baş Prokurorluqda olacaqlar. “Avqustun 30-da saat 16:00-da Baş Prokurorluğa toplaşaraq baş prokuror Artur Davtyanın öz vəzifəsini yerinə yetirməsini tələb edəcəyik və hazırda Baş nazir postunu tutan, 44 günlük …

Read More »

Azərbaycan, İran və Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoyacaq

Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədirlər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Mehr” agentliyi yazıb. İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, İran Mərkəzi Asiya, …

Read More »

Kocaeli Heydər Əliyev Mərkəzindən yeni layihə

Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyi Qarabağın Ermənistanın işğalından azad edilməsindən sonra Cənubi Qafqazda başlayan dostluğun yaradılması səylərinə dəstək verib.Azərbaycan torpaqları Qarabağın işğaldan azad edilməsi zamanı həyata keçirdiyi “Əsassız Erməni İddiaları ilə Mübarizə Layihəsi” ilə Türkiyə və Azərbaycan ictimai rəyində böyük təəssürat yaradan Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi 30 ilə yaxındır Ermənistan ordusunun işğalı altında olan 44 …

Read More »

Sankt-Peterburqda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya bəllidir. Mədəniyyətimizi təbliğ etmək isə xaricdə yaşayan azərbaycanlıların üzərinə düşür. Vətəni sevmək, həm də onu təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq deməkdir.Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı öz facebook səyfəsində Sankt- Peterburqda keçirilən tədbirdən söhbət açıb.Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təşəbbüsü ilə“Rusiya- Mədəniyyətlərin Uzlaşması” və“Enkolovo dostlar toplayır” adlı festivaltəşkil …

Read More »

Bakıda Laçının geri qaytarılması ilə əlaqədar konsert və atəşfəşanlıq olub

Bakının Xətai rayonunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar konsert proqramı təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham …

Read More »

Türkiyə XİN: “Liviyanın təhlükəsizliyi üçün azad seçkilərin keçirilməsini vacib sayırıq”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Liviyada davam edən siyasi və hərbi proseslərlə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Liviyada dinc əhalinin ölümü ilə nəticələnən və davam etməkdə olan münaqişələri böyük narahatlıqla izləyir: “Yerlərdə böyük səylərlə yaradılmış sabitliyin qorunması Liviyanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Tərəfləri bunu dərk edərək hərəkət etməyə, təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri …

Read More »