Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə XİN başçısı: “Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”

“Ermənilər hər yeri dağıdırlar. Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə – red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri …

Read More »

Mövlud Çavuşoğlu: “Misirlə münasibətlərin normallaşması başlayıb”

“Misirlə münasibətlərin normallaşması başlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Amma proses yavaş gedir. Bu, sürətlənməlidir. Uğursuzluq yoxdur, amma sürətə ehtiyac var. Kəşfiyyat idarələri arasında təmaslar davam edir”, – o bildirib.

Read More »

Təşkilat rəhbəri: “Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur”

“Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur. Tapılan minaların əksəriyyətinin üzərində isə 2021-ci il yazılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində (STM) “Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə, təkcə BAMF tərəfindən aparılan araşdırmalara görə Birinci Qarabağ müharibəsindən sonra …

Read More »

Türkiyə XİN başçısı: “Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”

“Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Sənədlər hazırlanır. Prezidentimizə bu barədə məlumat verəcəyik. İşlərimiz bitmək üzrədir. Artıq səfir təyinatları üçün namizədlərimiz var”, – o deyib. “Fələstin İsraillə münasibətlərimizin normallaşmasında maraqlıdır. Fələstin dialoqun davam etməsini istəyir. Biz də qarşılıqlı dialoqun faydalarını görürük. Həm Fələstinlə bağlı mübarizəmizin davam …

Read More »

Mövlud Çavuşoğlu: “PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır”

“Suriyanın ərazi bütövlüyü bizim üçün vacibdir. Dialoq üçün hədəf və məqsəd müəyyənləşməlidir. Dialoq nəticəyönümlü olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “PKK/YPG-yə qarşı əməliyyatlara maraqları bir-birinə zidd olan ölkələr qarşı çıxır. ABŞ da, Rusiya da, İran da. Halbuki bizim əməliyyatlarımız Suriyanın sabitliyi, suverenliyi üçün vacibdir. Daxildəki rejimin bunu edəcək gücü varsa, biz …

Read More »

Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib. Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Read More »

Türkiyə XİN başçısı: “Suriyada sabitlik tam təmin olunmalıdır”

“Suriyada 11 illik daxili savaş var. Orada hələ də terrorçular hökm sürür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “İnsanlar evlərinə qayıda bilmirlər. Biz əvvəldən bəri deyirik ki, ən yaxşı variant siyasi həlldir. Daxildəki rejim siyasi həll yoluna inanmır. Amma toqquşma ölkənin parçalanmasına səbəb ola bilər. Kəşfiyyat xidmətləri arasında dialoq davam edir. Suriyada sabitlik …

Read More »

FHN: “Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir”

Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb. “Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”. Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Read More »

Çavuşoğlu: “Yunanıstanla münasibətlərin yumşalmasının mənası yoxdur”

“Yunanıstan qara pr-dan əl çəkməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Yunanıstan Beynəlxalq hüquqa əməl etməlidir. Avropa İttifaqına güvənərək bu addımları atırlar. Amma hərəkətlərindən əl çəkməlidirlər. Türkiyə kimi qonşunun qiymətini bilməlidirlər. Münasibətlərin yumşalmasının mənası yoxdur. Çünki Yunanıstan səmimi deyil”, – o deyib.

Read More »