Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakı küçələrində narkotik satan 15 nəfər saxlanılıb

Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 12, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Read More »

Polşa Prezidenti Kiyevdə səfərdədir

Polşa Prezidenti Anjey Duda Kiyevə gəlib. Boyukmillet.com xəbər verir ki, onu Ukrayna Prezident Ofisinin nümayəndələri qarşılayıblar. Bildirilib ki, Anjey Duda səfər çərçivəsində Krım Platforması Sammitində iştirak edəcək. Xatırladaq ki, bu gün Krım Platforması Sammiti keçiriləcək. NATO Baş katibi Yens Stoltenberqin də konfransda iştirak edəcəyi gözlənilir.

Read More »

ANAMA sahə əməkdaşlarına təlim keçib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssiləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı Sursatların Məhvedilməsi” təlimi keçirilib. Boyukmillet.com xəbər verir ki, üç həftədən ibarət təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə …

Read More »

Bu gün Ukraynanın Milli Bayraq Günüdür

Bu gün, avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd olunur. Boyukmillet.com xəbər verir ki, Ukraynanın mavi-sarı rəngli bayrağı ilk dəfə 1990-cı il martın 14-də rəsmi olaraq dalğalanıb. 1991-ci il avqustun 23-də bir qrup xalq deputatı Ukrayna bayrağını Ali Radanın iclas zalına gətirib. Həmin bayraq sentyabrın 4-də təntənəli şəkildə parlament binası üzərində qaldırılıb.

Read More »

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,41 ABŞ dolları, yaxud 2,43 % azalaraq 96,60 ABŞ dolları təşkil edib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 96,48 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Cəlilabadda Neolit dörünə aid arxeoloji obyekt aşkar olunub

Cəlilabad rayonunda Neolit dörünə aid olunan arxeoloji obyekt aşkar olunub. Boyukmillet.com xəbər verir ki, arxeoloji obyekt rayonun Yaqublu kəndi ərazisində yerləşir. Qeyd edək ki, ərazidən ilkin olaraq saxsı qablar və digər maddi mədəniyyət nümunələri aşkar edilib. Tarixçi Elşad Əmənovun “Report”un yerli bürosuna verdiyi məlumata görə, arxeoloji obyekt Neolit dövrünə aid olması ehtimal olunur. Onun sözlərinə görə, bu ərazidə əlavə tədqiqat …

Read More »

Yasamalda gənc oğlanı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 2002-ci il təvəllüdlü Hüseynzadə Cavad Rahim oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More »

“British Airways” minlərlə uçuşu ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviaşirkəti cari ilin oktyabr ayının sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir. “Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız fasiləsi üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə …

Read More »

Çempionlar Liqası: “Qarabağ” bu gün qrup mərhələsinə vəsiqə qazana bilər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olacaq. Plzendəki “Dusan Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək. Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub …

Read More »

Litva Rusiya ilə quru və su sərhədini gücləndirilmiş rejimdə mühafizə edir

Litvanın Rusiya ilə həm qurudan, həm də su yollarından – Neman və Baltik dənizindən keçən sərhədi gücləndirilmiş şəkildə mühafizə altındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Klaypeda limanına səfər edən ölkənin daxili işlər naziri Aqne Bilotayte məlumat verib. “Litvaya qarşı davam edən hibrid hücumlar, eləcə də Ukraynadakı müharibə bizi ən yüksək hazırlıq vəziyyətində olmağa məcbur edir. Sizi əmin edə bilərəm …

Read More »