2022/2023-cü tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün Azərbaycan bölməsi üzrə 20 plan yeri ayrılıb. Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2022-ci il avqustun 22-dən 26-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, …
Read More »Yearly Archives: 2022
Qurban Qurbanov: “Çexiyada təkcə yaxşı oyun göstərmək qalır”
“Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya” (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: “Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın …
Read More »Pakistanda yük maşınının dərəyə aşması nəticəsində 9 əsgər həlak olub
Pakistanın Azad Cammu və Kəşmir muxtar əyalətində əsgərləri daşıyan hərbi yük maşını dərəyə aşıb. Hadisə nəticəsində azı 9 əsgər həlak olub, daha 4-ü yaralanıb. Yük maşınının Baqx rayonunda Manq-Bacriyə doğru gedən hərbi karvanın bir hissəsi olduğu qeyd edilir. Yük maşını təyinat yerinə çatmağa 12 kilometr qalmış uçuruma düşüb. Yerli polisin məlumatına görə, yük maşını 150 metr hündürlükdən aşıb. Nəqliyyat vasitəsində …
Read More »Ermənistanda təxribat xarakterli vərəqələr paylanılır
İrəvanda “Ermənistan” siyasi bloku adından və birliyin loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan feysbuk səhifəsində yazıb. “Ermənistan” siyasi bloku adından İrəvanda loqosu olan təxribatçı, aldadıcı mətnli vərəqələr paylanır. Bunlar siyasi blokla heç bir əlaqəsi olmayan saxtakarlıqlardır və onların məqsədi sadəcə yeni təbliğat təxribatıdır. Hakimiyyətpərəst və hakimiyyətə yaxın …
Read More »Əlahiddə Sərhəd Diviziyası: Naxçıvan etibarlı müdafiə edilir
Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilib. 5-ci sərhəd zastavasının inşası başa çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasından bildirilib. Qeyd edilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə sərhəd boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli …
Read More »Zelenski: “Ərdoğanla Quterreş Rusiyanın Ukraynaya hazırladığı təhlükədən xəbərdardır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdiddən xəbərdardır. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verib. Zelenski qeyd edib ki, Fransa Prezidenti Makronla da Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdidləri müzakirə edib. Ukraynanın bütün tərəfdaşlarına Rusiyanın bu həftə nə hazırlaya biləcəyi barədə məlumat verilib. Prezident …
Read More »Almaniya nəşri Nobel mükafatı laureatı olmuş məşhur bakılı alimdən yazıb
Almaniyanın məşhur “Samstagszeitung” nəşri nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş edən, kvant mexanikasında sıxlıq matrisi metodu kəşfinin müəllifi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidlərində mühüm elmi nailiyyətlərə imza atmış Lev Landudan yazıb. Boyukmillet.com xəbər verir ki, özəl, qeyri-kommersiya və pulsuz İT məktəbi “Ecole 42” barədə məqalədə Lev Landaunun da elmi nailiyyətlərinə toxunulub. “Vyanada …
Read More »“Ya tələbələr üçün quru sərhəd müvəqqəti açılsın, ya da…” – Deputat xaricdə oxuyan tələbələrlə bağlı hökumətə səsləndi
“Müvafiq dövlət qurumu tərəfindən xaricdə təhsil almağa gedən Azərbaycan vətəndaşı olan imkansız tələbələrin təcili qeydiyyatı aparılmalı və onların təyinat məntəqəsinə qədərki optimal bilet pulununun ən azı 50 faizi hökumət tərəfindən ödənməlidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. O bildirib ki, söhbət təhsildən gedirsə, fədakarlıqdan boyun qaçırmaq olmaz: “Bilet inhisarçısının qəlbinə dəymək mümkün deyil, bir də gördün …
Read More »Bu gün Əbülfəz Elçibəyin anım günüdür
Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Əbülfəz Elçibəyin vəfatından 22 il ötür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra …
Read More »Professor Vaqif Abdullayev :”Türkiyə-İsrail münasibətləri tam şəkildə bərpa olunaraq əvvəlki yaxın tərəfdaşlıq səviyyəsinə doğru istiqamətlənməkdədir
Ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə telefonla danışığından sonra hər iki ölkənin səfirliklərinin tam tərkibdə və tam səlahiyyətlə öz əvvəlki işini bərpa etməsi qərara alınıb. Bu, olduqca mühüm siyasi qərardır və son illərdə soyuqlaşmış Türkiyə-İsrail münasibətlərinin tamamilə yeni siyasi reallıqlar şəraitində möhkəmlənməsini təmin edən amildir. Qeyd edək ki, ötən aylarda İsrail prezidenti İsaak Hersoq və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar