Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq. İlk 2 turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7 – 10-cu yerləri bölüşdürür. Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi …
Read More »Yearly Archives: 2022
Koronavirusun yeni əlamətləri açıqlanıb
Koronavirusun yeni əlamətləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın tanınmış immunoloqu Vladimir Bolibok “Veçerney Moskve” nəşrinə açıqlamasında bildirib. “Koronavirusun omikron ştamının bədəndə zəiflik əlaməti var. Həmin əlamət digər növ viruslarında baş vermir, buna görə də onu digər xəstəliklərlə ayırd etmək çətindir”, – o deyib. Həkimin sözlərinə görə, ən çox rast gəlinən əlamətlər burun tutulması, baş ağrısı və göz …
Read More »Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib
Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Hümbətov Namət Yüsif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »ABŞ Ukraynaya daha 800 milyon dollar hərbi yardım ayıracaq
ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır və bu paket avqustun 19-u cümə günü elan edilə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin səlahiyyətləri yardım ayırmaq üçün istifadə olunacaq və ona Amerika arsenalından silah ötürməyə imkan verəcək. Eyni zamanda, mənbələrdən biri yardım elanının gələn həftəyə qədər …
Read More »Antoniu Quttereş Əfqanıstandakı partlayışlardan narahatlığını bildirib
BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanda bu ay 250-dən çox insanın ölümü və ya yaralanması ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Xaq bəyanatında bildirib. “BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”, …
Read More »Putin və Si Szinpin G20 sammitində iştirak edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo deyib. Vidodonun sözlərinə görə, hər iki lider ona müvafiq planların olduğunu təsdiqləyib. “Si Szinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi”, – Vidodo deyib. Agentlik qeyd edib ki, İndoneziya lideri ilk dəfə Rusiya və Çin …
Read More »Aİ Ukraynaya kritik infrastrukturun bərpasına 21 milyon dollar ayıracaq
Avropa Komissiyası dağıntıların təmizlənməsi və ölkənin mühüm infrastrukturunun bərpası üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində Ukraynaya 21 milyon dollar ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin saytı məlumat yayıb. “Vəsait həmçinin təcili ekoloji təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması, həmçinin zərərçəkən ərazilər üçün strateji infrastruktur elementlərinin təmiri, bərpası və ya əldə edilməsi üçün istifadə olunacaq”, …
Read More »Bakıda yol qəzası olub, xəsarət alanlar var
Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ümidli Ümid Eyyub oğlu və 1985-ci il təvəllüdlü Kazımov Namiq Duman oğlunun olduqları motosiklet avtomobillə toqquşub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Ermənistanın Fövqəladə Hallar Nazirliyi bu il 27 dəfə aldadılıb
Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) bu il 27 dəfə aldadılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, 2022-ci ildə Ermənistanda minalanma ilə bağlı 27 yalan məlumat qeydə alınıb. “Onların böyük əksəriyyəti e-poçt vasitəsilə qəbul edilib, əksəriyyəti şəhər meriyasının elektron ünvanına göndərilib”, – o, jurnalistlərə bildirib. A.Kostanyan bildirib ki, son iki məlumat Fövqəladə Hallar Nazirliyinin ünvanına daxil olub. Nazirlik …
Read More »İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobili hücuma məruz qalıb, pulqabı oğurlanıb
Ermənistanın paytaxtı İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib. Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib. Xatırladaq ki, avqustun 14-də “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar