Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,7 % artaraq 1,7480 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0278 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,74801 Rusiya rublu0,02781 Avstraliya dolları1,20181 Argentina pesosu0,01271 Belarus rublu0,67341 Braziliya rialı0,33381 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1048100 Cənubi Koreya vonu0,13041 Çexiya …
Read More »Yearly Archives: 2022
Azərbaycan İslamiadada 56 ölkə arasında 5-ci pilləyə yüksəlib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib. Boyukmillet.com xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 …
Read More »Türkiyə hərbçisi İraqın şimalında şəhid olub
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub. Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan …
Read More »Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib
Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli …
Read More »Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb
Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 …
Read More »İrandan Ermənistana qanunsuz yolla yanacaq daşındığı məlum olub
Ermənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri …
Read More »Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola salıblar.
Read More »Ceyhun Bayramov: “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir”
“Ermənistan öhdəliklərinə zidd olaraq fəaliyyət göstərir və sülh quruculuğuna maneələr törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. C.Bayramov həmkarına Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə …
Read More »Samir Adıgözəlli: “Məhərrəmlik mərasimlərində məsciddə üçrəngli bayrağımızın qaldırılması İrandakı məlum qüvvələri narahat edib…”
Böyük Britaniyadakı səfirliyimizdən sonra Təbrizdəki konsulluğumuza qarşı təxribat baş verib. “Fars” xəbər agentliyi Azərbaycanın Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqların asıldığını yazıb və buna dair fotolar paylaşıb. Azərbaycanda guya dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların “dindar gənclər” tərəfindən asıldığını iddia edib. Sosial media fəalları isə öz paylaşımlarında bunun SEPAH …
Read More »Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb
Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib. “Bu gün iki sənəd imzaladıq. Bunlar iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar