Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan və Əlcəzair XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

“Yüksək səviyyəli siyasi dialoqun davamlılığını təmin etmək üçün ali səviyyə daxil olmaqla Əlcəzairlə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib. “Bu gün biz münasibətlərimizin müxtəlif aspetkləri ətrafında fikir mübadiləsi apardıq. İqtisadi …

Read More »

Rusiya işğal etdiyi ərazinin Ukrayna tərəfindən atəşə tutulmasına görə BMT TŞ-nin iclasını çağırıb

Rusiya işğal etdiyi Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə TASS Rusiyanın BMT-dəki daimi nümayəndəliyindəki mənbəsinə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya həmçinin bu iclasın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı keçirilməsini istəyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini …

Read More »

Baş Prokurorluğun idarə rəisi: “Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb”

“Bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Bu rəqəmlərin böyük əksəriyyətinin kütləvi informasiya vasitələri və media ilə əlaqəsi yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib. …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri …

Read More »

Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40-a yaxın evdən silsilə oğurluqlar edən 3 dəstənin 8 nəfərdən ibarət üzvü saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Belə ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi barədə məlumat daxil …

Read More »

Kamran Əliyev: “Qanun pozuntularına vaxtında müdaxilə etməliyik”

“Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istinataq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib. O söyləyib ki, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: “Jurnalistlər Azərbaycan həqiqətlərini …

Read More »

Hərbi qeydiyyata alınan vətəndaşlar icbari narkoloji müayinəyə göndəriləcək

Nazirlər Kabinetinin “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasının təsdiq edilməsi haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında”, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi …

Read More »

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə …

Read More »

Yaponiya hökuməti tam tərkibdə istefa verib

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Boyukmillet.com” “Kyodo” xəbər agentliyinə istinadən məlumat verir. Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir. Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini …

Read More »

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

“Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik”. Boyukmillet.com-un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Funksioner artıq pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini …

Read More »