Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əlaqələr müzakirə olunub

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Gürcüstan və Türkiyə arasında uğurlu strateji tərəfdaşlığa toxunan tərəflər iki ölkənin parlamentləri və qanunverici orqanların komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr vurğulanıb. M.Şentop Türkiyənin Gürcüstanın suverenliyi …

Read More »

Nazirlik: “Bu proses AMEA-nın ləğvi deyil, elm və təhsilin inteqrasiyasında yeni mərhələdir”

Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumata görə, AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil …

Read More »

Azərbaycanda elmin inkişafı ilə həm AMEA, həm də Elm və Təhsil Nazirliyi məşğul olacaq

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. Boyukmillet.com xəbər verir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı instituları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir. Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini …

Read More »

AMEA-da prezident, həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər. AMEA-nın tabeliyində olan elm müəssisələri aşağıdakılardır: Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu; Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu; Fəlsəfə və Sosiologiya İnstitutu; …

Read More »

Əli Nağıyevdən TƏKLİF: “Türkdilli yox”, “Türk dövlətləri” olmalıdır – FOTO

Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.   DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu qurumun Türkdilli Dövlətlərin …

Read More »

Niyazi Bayramov Kəlbəcərdə minaya düşərək xəsarət alan polkovniki ziyarət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib. Boyukmillet.com xəbər verir ki, şəhər rəhbəri hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Həkimlər hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı şəhər rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildiriblər. Niyazi Bayramov yaralıya şəfa diləyib, müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıq verib. Xatırladaq …

Read More »

AMEA-nın üç qurumu Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Read More »

Təhsil Nazirliyinin adı dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb: Elm …

Read More »

Əli Əhmədova yeni vəzifələr verilib

Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb. Onun yerinə komissiyanın tərkibinə Baş nazirin müavini Əli Əhmədov daxil edilib. Habelə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə …

Read More »