Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının …

Read More »

DSX-nin hərbçiləri sərhəddən narkotik keçirən zaman saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə  DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən …

Read More »

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam …

Read More »

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən küləkli hava şəraitinin davam edəcəyi, şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Qeyd …

Read More »

İlham Əliyev: “Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur”

“Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda yer alıb. “XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü …

Read More »

Müdafiə Nazirliyi hesabat yayıb

2022-ci ilin yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyində mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb. Bu barədə Nazirlikdən məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az) 461 məlumat Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib. Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 489, instaqramda 648, teleqramda 648 məlumat, tviterdə 547 tvit, yutub kanalında isə …

Read More »

Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”

“Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan “Günün mövzusu” proqramına müsahibəsində deyib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib: “Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, onunla söhbət aparmağımız üçün Gürcüstana yarımsaatlıq gəlsin”. …

Read More »

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar …

Read More »

Şuşada Beynəlxalq Media Forum başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq Media Forum başlayıb. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir. Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda ekspertlər iştirak edirlər. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Dövlət Televiziya …

Read More »

Yaponiya Rusiyanın Uzaq Şərqdəki hərbi aktivliyindən narahatlığını bildirib

Yaponiya Rusiyanın Kuril adalarında silahlarının sayını artmasından narahatdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin illik hesabatında – “Ağ kitab”da deyilir. “Rusiya Silahlı Qüvvələrinin Yaponiya ətrafında hərbi aktivliyində artım, eləcə də Uzaq Şərqdə ən son növ silahların yerləşdirilməsinə davam etmək tendensiyası var. Bu tendensiyaları yüksək narahatlıqla izləmək lazımdır”, – sənəddə vurğulanır. Hesabatda Rusiya-Çin birgə təlimləri, xüsusən Yaponiyanın ərazi …

Read More »