Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Akar: “İstənilən vaxt Suriyada yeni sərhəd əməliyyatına başlayacağıq”

Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, – nazir bildirib. O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç …

Read More »

Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb

Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. “Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir”, – açıqlamada deyilir. Nazirin sözlərinə görə, əsas …

Read More »

Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun komandolarının döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə göstərişlər verib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazir tapşırıqlarını Xocavənddə yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə keçirilən müşavirədə çatdırıb. Müşavirədə yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib. Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, …

Read More »

Prezidentin xüsusi nümayəndəsi: “Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”

“İşğal dövründə tamamilə dağıdılan Zəngilan şəhərində ekosistemin bərpası üçün 20 min çinar ağacı, 1 000 kiloqrama yaxın palıd toxumu əkilib”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildiirlib ki, bunun əsas məqsədi ətraf mühitin bərpası və meşələrin qurulmasıdır: “Bununla yanaşı, şəhərin baş planı hazırlanıb. Plan …

Read More »

Hulusi Akar: “Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir”

Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına verdiyi özəl müsahibədə teleaparıcı Saynur Tezelin 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib. “Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə …

Read More »

Gələn ildən Şuşa sakinlərinin doğma şəhərə köçürülməsinə başlanılacaq

“Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildirib ki, işlər davam etdirilir: “Gələn ilin sonunda ilk sakinləri, şuşalıları orada qəbul edəcəyik. Onlara evlərinin açarlarını verəcəyik”.

Read More »

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək artacaq

İyulun 10-a gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın …

Read More »

Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri həlak olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Read More »

Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb 

Bərdə rayonunda ana doğuşdan sonra ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün baş verib. Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada …

Read More »

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …

Read More »