Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Yearly Archives: 2022
Ermənistan Qarabağa MAXE göndərəcəyini açıq bəyan etdi – rus hərbçilərdən səs çıxmadı…
Emin Həsənli: “Ermənistan ordusunu Qarabağdan tam çıxarmaq onların öhdəliyinə aiddir” Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini Saak Saakyanın çağırışçı valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində müddətli hərbi xidmətçilərin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyini bildirib. İstənilən halda, Qarabağ ərazisində yerləşən qeyri-qanuni hərbi birləşmələrin hamısı birbaşa olaraq Ermənistan Müdafiə Nazirliyinə tabedir. Saak Saakyanın bəyanatı 10 noyabr üçtərəfli bəyanatının …
Read More »Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, iki ölkənin XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri …
Read More »Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, qitə birinciliyinə qadın güləşi üzrə mübarizəyə start verilib. Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycan təmsilçisi bu qələbələrin hamısını “tuşe” ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval …
Read More »Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, – o bildirib. Ərdoğan vurğulayıb: “Mən siyasətçiyəm, 40 illik …
Read More »Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”
“Bu gün Bakı konfransının iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdiyi töhfənin şahidi olublar”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının kuluarında Suriya Parlamentinin üzvü Məhəmməd Baxit deyib. “Bugünkü tədbir çox əlamətdardır, çünki bu konfransın dünyanın çoxlu sayda ölkəsinə aidiyyəti var. Qoşulmama Hərəkatı dünyada sülhün təmin olunmasına töhfə verir. Bu gün sülhün vacibliyini yenidən …
Read More »Azərbaycanla Türkiyə arasında “ağıllı” nəqliyyat sistemləri üzrə təcrübə mübadiləsi aparılacaq
Bakıda nəqliyyat və rabitə üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun birinci iclası keçirilib. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Türkiyə Respublikası nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayanın həmsədrlik etdiyi iclasda mülki aviasiya, avtomobil və dəniz nəqliyyatı, dəmir yolu və rabitə sahələrindən səlahiyyətli şəxslər iştirak ediblər. İclas zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə və Orta Dəhlizə əlavə …
Read More »Ərdoğan “Freedom House”a sərt cavab verib
“Onların özlərini sorğulaması lazımdır. 40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu “Freedom House”?”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən “Freedom House” nümayəndəsinə deyib. “Gəlsinlər bir …
Read More »Zelenski Ştaynmayerlə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının tviterdə yazıb. Tərəflər Ukrayna əsgərlərinə hərbi yardımın gücləndirilməsini müzakirə ediblər. “Biz Ukraynaya müdafiə dəstəyinin artırılmasını müzakirə etdik. Almaniya xalqının Aİ-yə gedən yolda həmrəyliyini və təcavüzə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk”, – Zelenski qeyd edib. Eyni zamanda, danışıqlar zamanı …
Read More »Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”
“Hava sərhədimizi 147 dəfə pozan Yunanıstan bunun cavabını verməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Biz adekvat addm atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. Qarşı tərəf həmin sənədləri oxusun və ona uyğun addımlar atsın”, – o bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar