Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Rüşvət alan iki vəzifəli şəxs həbs edilib

Tikinti işlərinin aparılmasına icazə verilməsi məqsədi ilə rüşvət almış vəzifəli şəxslər həbs edilib. Boyukmillet.com Baş Prokurorluğuun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin …

Read More »

Türkiyə lideri: “İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməsə, NATO-ya üzv olmalarına icazə vermərik”

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, – dövlət başçısı bildirib. Türkiyə lideri vurğulayıb ki, İsveç və …

Read More »

Cozef Bayden: “NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”

“Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü. “Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə …

Read More »

Cozef Bayden Çinə xəbərdarlıq edib

“NATO 20 il əvvəl yeni missiya ortaya qoymuşdu. Rusiya onda ortaq idi. Çinin adı belə çəkilmirdi”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Bu zirvədə müttəfiqlərimizi yenidən toparladıq. Rusiyanın Avropaya təhdidini açıqladıq. İlk dəfə Hind-Sakit okean bölgəsindəki ortaqlarımız toplatıya qatıldı. Rusiya Prezidenti Putinə açıqladığım kimi, onun fəaliyyəti dünya miqyasında bir …

Read More »

Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib – ADLAR

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib: Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin …

Read More »

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədirlər zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, …

Read More »

“İrəvan Müəllimlər Seminariyası” kitabının təqdimatı keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il dekabrın 29-da imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı tariximizin Qərbi Azərbaycanla, İrəvanla bağlı daha bir qaranlıq səhifəsinə işıq salmaqda davam edir. Yubileylə bağlı keçirilən tədbirlər, aparılan araşdırmalar tarixi torpaqlarımızla bağlı yeni faktlar üzə çıxarır, o torpaqlardakı mənəvi irsimizə sahib çıxmağa imkan yaradır.İyun ayının 29-da Atatürk Mərkəzində yubiley çərçivəsində keçirilən …

Read More »

İsveç və Finlandiyanın NATO-ya qoşulması protokolu iyulun 5-də imzalanacaq

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya qoşulması haqqında protokol imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib. Sənədi NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri imzalayacaq. Xatırladaq ki, ötən gün NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.

Read More »

Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib. Son sutka ərzində yeni …

Read More »