Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib. Boyukmillet.com xəbər verir ki, komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz …
Read More »Yearly Archives: 2022
Sergey Lavrov Azərbaycana gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb. Qeyd edək ki, o, Bakıya İranın paytaxtı Tehrandan gəlib.
Read More »ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri arasında görüş olub
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.
Read More »İraq İrana nota verib
“İraq İranın su siyasətinə görə Tehrana nota verib”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bildirib. Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhdid yaradır: “İran ərazisindən başlayan Kiçik Zab və …
Read More »Azərbaycan və Fransa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib. Danışıqlar zamanı …
Read More »Gəncədə gənc qadın boğazından bıçaqlanaraq öldürülüb
Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Aynur Vəliyeva boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyevanın keçmiş həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi …
Read More »Fuad Muradov İsraildə Azərbaycan icmasının üzvləri ilə görüşüb
Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”ndə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə İsraildə məlumatlandırma kampaniyası apardıqlarına və müxtəlif aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diasporumuzun …
Read More »“YAŞAT” Fondunun fəaliyyətinə dair mətbuat konfransı təşkil olunacaq
Boyukmillet.com xəbər verir ki, 24 iyun 2022-ci il tarixində saat 10:45-də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair mətbuat konfransı təşkil olunacaq. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak edəcək. Sima Babayeva
Read More »Küləkli hava şəraiti iyunun 24-dək davam edəcək
Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti iyunun 24-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli …
Read More »Prezident tapşırıq verib, Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək. Bu barədə FHN-dən məlumat yayıb Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir. Qeyd edək ki, iyunun 21-dən Türkiyənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar