Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi tərəfindən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov və Müəssisəsinin əməkdaşları iştirak etmişdir. Tədbiri “Yevlax Gənclər Evi” SXM-nin direktoru Elgün …
Read More »Yearly Archives: 2022
SOCAR Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye Petrol Tic. AŞ” şirkəti Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan kapitallı şirkət bu siyahıda 8-ci yeri tutub. Məlumata görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə İxracatçılar Məclisinin (TİM) 29-cu növbəti ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda “Türkiyənin ilk 1 000 ixracatçısı …
Read More »Nazir müavini: “Horadiz-Ağbənd avtomobil yolunun 35 %-nin, dəmiryolunun isə 50 %-nin inşası yekunlaşıb”
Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolunun 35 %-inin, dəmiryolunun isə 50 %-inin inşası yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini əlavə edib ki, Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir: “Uzun illər işğal altında olan torpaqlar azad olunduqdan dərhal sonra ölkə başçısının qərarlarına əsasən regionda böyük bərpa, …
Read More »Vilyam Hacıyevin cinayət işi üzrə aktlar elan olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-nin fəaliyyəti ilə bağlı keçirilən yoxlamaların nəticələri açıqlanıb. Aktlarda qeyd edilib ki, V.Hacıyevin zamanında 356 vətəndaşın adı Dost İş mərkəzinə …
Read More »Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib
“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib. “Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı …
Read More »Çanaxçı-Zivlən yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub
Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb. Hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb. Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox …
Read More »Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı açıqlanıb
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib. Boyukmillet.com xəbər verir ki, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, …
Read More »DTX Bakıda erməni təxribatını ifşa etdi – Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu – VİDEO
Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Boyukmillet.com bildirir ki, bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib. Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora …
Read More »Regionlarda silsilə antidopinq maarifləndirmə tədbirləri keçirilir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 5 rayonu əhatə edən antidopinq maarifləndirmə tədbirləri həyata keçirib. Boyukmillet.com xəbər verir ki, tədbir “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” əsasında gerçəkləşib. Budəfəki təlimlər Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Gəncə, Yevlax, Göygöl, Şəmkir və Tovuz Şəhərlərində Təhsil Nazirliyinin tabeliyindəki idman məktəblərində baş tutub. Hər bir rayonda antidopinq təlimləri idmançıların böyük marağına səbəb olub. Tədbirlərə …
Read More »Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iyunun 21-də İrana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb. Səfərin 2 gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar