Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Təhsil naziri şagirdlərin qəzaya düşməsinə münasibət bildirib

“İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin qəzaya düşməsinə münasibət bildirərkən deyib. “Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə …

Read More »

Sergey Lavrov İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib. O, səfərin tarixi barədə məlumat verməyib: “Başqa informasiyaları bir qədər sonra bildirəcəyik”. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını …

Read More »

Ukrayna Prezident Ofisi: “Rusiya uduzanadək müharibə davam edəcək”

“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib. “Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri …

Read More »

Ramiz Zeynalovun “Formula” qazancı- hərəkətin iflic olduğu şəhərdə kütləvi “avtobus zolağı” cərimələri…

Səhəri çox “xoş” xəbərlə açdım. Mənə DYP tərəfindın 40 manatlıq cərimə olunduğuma dair mesaj gəlib. Girib “Asanpay”dan baxdım görək hansı cəriməni etmişəm. Heç nə aydın olmadı. Mənim maşınımın fotosu var, sonra xətti kəsən başqa bir maşının şəkilini mənə göndəriblər. Yalnız aydın olan odur ki, mən dünən (11. 06.2022-ci ildə) Ə. Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində xətaya yol vermişəm. DYP …

Read More »

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, onlar arasında geniş tərkibli görüş də keçirilib.

Read More »

Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-dan 11-dək 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirib. Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar Jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya elmləri namizədləri Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) imtahan …

Read More »

Vaqif Əsədovun təqaüdə göndərilməsi ilə bağlı əmr imzalanıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin …

Read More »

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib. Boyukmillet.com xəbər verir ki, müsahibədə iştirak etmək istəyən namizədlər 4 iyul 2022-ci il saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İyunun 13-dən 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib. Mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 13-ü dövlət qulluğu vəzifələrinin A …

Read More »

BMT Baş Assambleyasının prezidenti Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib. Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən …

Read More »

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir. Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Read More »