“Əsasən 9-cu sinifdə aşağı nəticə göstərənlərlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki, nəticəsi olmayan şagirdlər məktəbi çoxdan atan və təhsildən uzaqlaşanlardır”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, oxuyub-yazma bacarığı olmayanların sayının açıqlanması ilə belə halların qarşısını almaq hədəflənir: “Hər bir şagird icbari təhsili başa vurmalıdır”.
Read More »Yearly Archives: 2022
Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək
Gələn ildən inşası gedən yeni binada imtahanlar kompüterdə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların kağız üzərində deyil, kompüterdə keçirilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, artıq müəyyən imtahanlar kompüter vasitəsilə keçirilir: “Elektron imtahanlara keçidlə əlaqədar xüsusi platforma yaradılıb. Sınaq imtahanlarını elektron formada daima keçiririk. Kütləvi imtahanlarda bu keçid …
Read More »Özbəkistan prokurorluğunun nümayəndə heyəti Azərbaycana səfərə gəlib
2021-ci ilin 1 noyabr tarixində Bakı şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan prokurorluğunun nümayəndə heyəti Azərbayacana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, iyunun 8-də Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşüb. E.Məmmədov bütün sahələrdə olduğu …
Read More »Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirib
Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Boyukmillet.com xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə …
Read More »DİM sədri: “İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən ikinci şans verilməyəcək”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qayda pozuntusuna görə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək. “Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəman”a çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. …
Read More »Klaviatura “qəhrəman”ı
Yaxud asan yolla qazanc əldə etmək istəyənlərin “vətənpərvərliyi” Gecədən xeyli keçməsinə baxmayaraq, hələ də kompüterin arxasında oturub var-gəl edir, növbəti qurbanını müəyyənləşdirməyə çalışırdı. Sabaha nəzərdə tutduğu asan, əziyyət çəkmədən cibinə girəcək qazancı əldə etmək üçün indi ona kompüterin sağında daim öz yerini tutan siqaret və alışqan da kömək edə bilmirdi. Saat 1-i keçirdi, ancaq hələ də sabahkı qurban müəyyən deyildi. …
Read More »VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq
Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla …
Read More »Samir Adıgözəlli: 44 günlük müharibədən sonra onlar Paşinyanı qəbul etmir
Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb. Sinanyanı “vətən xaini” adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb. İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar. Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. …
Read More »Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək
“Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar”. Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.
Read More »Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb
Ötən il 38 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb. Onlardan 20 nəfəri bakalavriat, 3 nəfər magistratura, 5 nəfəri tam orta ixtisas bazası və 1 nəfəri isə ümumorta ixtisas bazası üzrədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub. 2021-ci ildə hərbi xidmətə çağırışla əlaqədər 2892 nəfər akademik məzuniyyət götürüb ki, onların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar