Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb- Video

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və …

Read More »

Şəhid anaları ilə görüş keçirilib

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın milli qəhrəmanları, şəhid general Polad Həşimovun anası Həşimova Səmayə xanımla və şəhid polkovnik İlqar Mirzeyevin anası Mirzəyeva Gülnarə xanımla  Bakı Gənclər Mərkəzində görüş keçirilib.Görüşün təşəbbüskarı İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru, fəlsəfə doktoru Şərqiyyə Məmmədova olub. Gənclərin, təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə …

Read More »

Azərbaycan XİN Lavrova cavab verib

“Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan …

Read More »

Vətən müharibəsindən sonra 12 mindən çox şəhid ailəsi və qazi aktiv məşğulluğa cəlb olunub

“Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, …

Read More »

Kamran Əliyev Xocavəndə yeni prokuror təyin edib

Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təyinatla bağlı məlumatı təsdiqləyib.

Read More »

Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci …

Read More »

Raqif Abbasov: “Millinin ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var”

“Sabahkı matçda milli komandaya dəstək verməliyik. Slovakiya ilə görüşdə gənclərimiz də tribunada olacaq. Yığmanın ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan millisinin Bakıda Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib. O, futbolsevərləri və yığmaya dəstək …

Read More »

Ərdoğan Türkiyə və Azərbaycan generalları ilə birgə “Efes-2022” təlimini izləyib

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup …

Read More »

Ərdoğan: “Azərbaycan Ordusunun modernləşdirilməsi üçün sıx əməkdaşlıq edirik”

“Erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan …

Read More »

Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “Özünə gəl”

“Yunanıstana bir əsr öncə olduğu kimi, peşmanlıqla nəticələnəcək xəyallardan, çıxışlardan və fəaliyyətlərdən uzaq dayanmaq və ağlını başına toplamaq barədə xəbərdarlıq edirik. Özünə gəl”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Türkiyə Egey dənizindəki haqlarından vaz keçməyəcəyi kimi, adaların silahlandırılması mövzusunda beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə etməkdən çəkinməyəcək”,- Türkiyə lideri vurğulayıb.

Read More »