Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Prezident Saatlıda yol tikintisinə 1 milyon manat ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı …

Read More »

Azərbaycan XİN: “Pakistan ilə strateji əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümid edirik”

“Azərbaycan Pakistan ilə strateji əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib. “Bu gün Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Pakistan hökumətinə və qardaş Pakistan xalqına ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda deyilir.

Read More »

Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmidlə görüşüb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin sədri, diplomata yeni vəzifəsində uğurlar arzulayıb. Onun Azərbaycanda çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Spiker Azərbaycanla Misirin dost ölkələr olduğunu və dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. Sahibə Qafarova …

Read More »

Hindistan səfiri Azərbaycan XİN-ə çağırılıb

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib. Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. Bu kimi …

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

“Efes-2022′” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib. Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil …

Read More »

Bakıda Türkmənistan ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olunur

Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter paylaşımında deyilir. Tədbirdə Azərbaycan XİN başçısının müavini Xələf Xələfov və Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev iştirak edirlər.

Read More »

Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Boyukmillet.com xəbər ki, bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb. “Bu gün Pakistan və Azərbaycan ikitərəfli və çoxtərəfli forumlarda dinamik qarşılıqlı fəaliyyət nəticəsində formalaşmış ümumi dəyərlərə və mədəniyyətə əsaslanan sıx, dostluq münasibətlərinin qurulmasının 30 illiyini qeyd edir”, – məlumatda deyilir.

Read More »

Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb

Şamaxıda uşağa qarşı zorakılığa görə bağça müdiri və aşpaz cəzalandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil idarəsindən məlumat verilib. Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçasında tərbiyəçinin uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb: “Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad …

Read More »

Lavrov: “Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra söyləyib. “Həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”, – Rusiya XİN başçısı …

Read More »

İyunun 14-ü “Son zəng” keçiriləcək

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. …

Read More »