8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və …
Read More »Yearly Archives: 2022
Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb. “Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər – Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər”, – məlumatda qeyd edilib.
Read More »Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul edib
İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti barədə müraciətlərinə baxılıb, xüsusilə Vətən müharibəsi iştirakçılarının qayğılarına həssaslıqla yanaşılıb, qaldırılan məsələlərin …
Read More »Azərbaycan Premyer Liqasında yeni mövsümün başlayacağı vaxt açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün start götürəcəyi vaxt açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 5-də başlanacaq. I Divizionda isə mövsümə avqustun 24-də start veriləcək.
Read More »İraq Azərbaycana təşəkkür edib
İraq hökuməti İŞİD terror təşkilatının sıralarında döyüşmüş azərbaycanlı ailələrin uşaqlarını geri qaytardığına görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com “Iraqi News Agency”yə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Aracinin Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədovla görüşündə qeyd olunub. Bildirilib ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə tərəflər təhlükəsizlik sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı …
Read More »Leyla Abdullayeva: “Bütün diplomatlar Azərbaycanın milli maraqlarının keşiyindədir”
“Azərbaycanın zəfərlərinin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. Bu gün bütün diplomatlar Azərbaycanın milli maraqlarının keşiyindədir”. Boyukmillet.com- un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan 30 il …
Read More »Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb
Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Belə ki, Şura ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə qərar verib. Qərara əsasən, aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb: …
Read More »Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək
Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin “Torpaq” filminin premyerası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, filmin təqdimat mərasimi iyunun 14-də Nizami Kino Mərkəzində baş tutacaq: “Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, “Səlnamə” studiyası və Kinematoqrafçılar İttifaqıdır”.
Read More »Ziyafət Əsgərov İran parlamentinin üzvləri ilə görüşüb
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb. Nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bu gün İranda qatar qəzasında həlak olanlara görə iranlı qonaqlara başsağlığı verib, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Ziyafət Əsgərov Azərbaycan və İran arasında mehriban qonşuluq və yaxın əməkdaşlıq …
Read More »Komitə: “Ölkəmizdəki milli birliyi pozmaq xülyası ilə yaşayan qruplar və havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər”
“Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar