Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Ricon” MMC-dir. Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək. Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar …
Read More »Yearly Archives: 2022
Binəli Yıldırım “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib
Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycanla Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib. …
Read More »Yasamal Rayon Məhkəməsində “İnsan hüquqları media müstəvisində” adlı tədbir keçirilib
Yasamal Rayon Məhkəməsinin inzibati binasında “İnsan hüquqları media müstəvisində” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər. Ədliyyə Nazirliyinin İnsan hüquqları …
Read More »ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 8-9-da Ermənistanda səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-la Ermənistan arasında əsas azadlıqların təmin olunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Read More »Prezident İlham Əliyev Bakıda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub. Boyukmillet.com-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını …
Read More »Sabah havanın temperaturu 36 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə …
Read More »Nəsimi bələdiyyəsi ağacların kəsilərək parklanma yerinin salınması ilə bağlı açıqlama yayıb
Nəsimi rayon Bələdiyyəsi ağacların kəsilərək parlanma yerinin salınması ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, bələdiyyə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanındakı ağacların götürülməsi zamanı hər hansı hüquq pozuntusu törətməyib. “Ümumiyyətlə, həmin ağacları kəsməmiş və digər qanunsuz hərəkətlərə yol verməmişdir. Bələdiyyə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”ndan irəli gələn …
Read More »Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib. “Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, – XİN başçısı qeyd …
Read More »Çex Respublikası Azərbaycana yeni səfir təyin edib
Milan Sedlaçek (Milan Sedláček) Çex Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, M.Sedlaçek, bu vəzifədə 2018-ci ildən Çex Respublikasının Azərbaycandakı səfiri olan Milan Ekerti əvəz edəcək. Xatırladaq ki, Milan Sedlaçek Praqada Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov ilə görüşüb. Tərəflər gündəlikdə olan ikitərəfli məsələləri, həmçinin ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Read More »Medianın İnkişafı Agentliyi çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqənin əsas şərtləri: – Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; – redaksiyanın yaradıcı heyəti ən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar