Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“MTN işi”: “Mövlam Şıxəliyev bildirdi ki, hamısı Eldar Mahmudova məruzə olunub”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib. Şahid bildirib ki, 2009-cu ilin …

Read More »

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili …

Read More »

Bakı-Naxçıvan-Bakı aviareysləri üzrə güzəştlər azaldılıb, biletin qiyməti 60 manat olub

Nazirlər Kabineti iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) şirkətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 …

Read More »

Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib

Türk Dünyası Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub. Tədbirdə şəhidlərin xatirəsinin anılması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, Azərbaycan və Türkiyənin deputatları, ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, …

Read More »

Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açılıb

Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub. Mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə yaradılıb. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz …

Read More »

Rusiyanın təcavüzü: regional xaosdan qlobal fəlakətə doğru

Rusiyanın Ukraynaya xain təcavüzü onsuz da təlatümlü olan qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdıb. İndi ekspertlər dünya geosiyasətinin halını qeyri-müəyyənlik və risklərin yüksək səviyyədə olduğu “superturbulent vəziyyət” adlandırırlar. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qərb ölkələri kollektiv şəkildə 21-ci əsrdə beynəlxalq hüquqa və fundamental bəşəri dəyərlərə məhəl qoyulmamasına birmənalı reaksiya və qiymət veriblər. Hətta Kremlin Belarusdan başqa Rusiya və Putinin ümid …

Read More »

“Formula 1” yarışı Bakıda kirayə evlərin qiymətlərini kəskin artırıb

Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir. “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı “Report”abildirib ki, mərkəzdə …

Read More »

DTX və DSX əməliyyat keçirib, külli miqdarda narkotiki ölkəyə keçirən şəxslər saxlanılıb

Dövlət Təhlükəsizliyi (DTX) və Dövlət Sərhəd xidmətləri (DSX) tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX və DSX-nin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması …

Read More »

Ukrayna Müdafiə Nazirliyi: “Qara dənizdəki Rusiya hərbi gəmiləri bizim üçün təhlükə yaradır”

“Rusiya Federasiyasının Qara dənizdəki 5 gəmisi 34-ə qədər kalibr tipli qanadlı raket buraxmaq imkanına malikdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık məlumat verib. Onun sözlərinə görə, bu, Ukrayna üçün Qara dənizdən raket zərbələri təhlükəsinin olması deməkdir: “Çünki raketlər faktiki olaraq bütün ölkə ərazisini hədəf ala bilər”. A.Motuzyanık bildirib ki, Rusiya öz hərbi qüvvələrini rotasiya …

Read More »

Baş Prokurorluq həkimin anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır: “Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin …

Read More »