Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar iyunun 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçilyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında reallaşan görüşün …
Read More »Yearly Archives: 2022
Abşeronda ata qızını qətlə yetirib
Abşeronda ata qızını qətlə yetirib. Bu barədə rayon prokurorluğundan məlumata verilib. Bildirilib ki, iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla …
Read More »Hacı Zeynalabdin qəsəbəsində top mərmisi tapılıb
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində top mərmisi aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə …
Read More »Bakıda yollar bu tarixdən BAĞLANIR
“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda yolların bağlanacağı tarix açıqlanıb. Boyukmillet.com xəbər verir ki, iyunun 6-da gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Hərəkət məhdudiyyəti tətbiq olunan üç zona olacaq. Bunlar İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, həmçinin BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Hərəkət iyunun 14-də səhər saatlarından etibarən …
Read More »Dövlət Departamenti ermənilərin azad edilmiş ərazilərdə dini abidələri dağıtmasına dair məlumatlar paylaşıb
ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib. Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə …
Read More »Nəcməddin Sadıqovun həbsinə hansı dövlət mane olur?
Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır. Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və …
Read More »Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə …
Read More »Azərbaycanlı və erməni gənclər Fransada görüşəcək – FOTO
OFAJ-ın (Fransa-Almaniya Gənclər Ofisi) “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində 10 azərbaycanlı gənc 6-10 iyun tarixlərində Strasburqda səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Fransa səfiri Zakari Qross deyib ki, azərbaycanlı gənclər orada fransız, alman və erməni gənclərlə görüşəcək. Səfirin sözlərinə görə, Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi Azərbaycan və Ermənistan arasında sülh …
Read More »MN: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır
İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət …
Read More »Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, üçtərəfli görüşün iyunun 27-də Bakıda keçirilməsi nəzərdə tutulub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar