Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

ASAP xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirdi – FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması 28 May – Müstəqillik Günü ilə əlaqədar Almaniya və Türkiyədə silsilə tədbirlər keçirib. May ayının 25-i Almaniyanın Berlin şəhərində ASAP-ın tərəfdaşlığı, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş mədəniyyət  gecəsi keçirilib. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Almaniya nümandəliyinin üzvü Nəzrin Əliyeva, Xarı-Bülbül Azərbaycan …

Read More »

Ukraynada Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edildi

Oxtirkada 28 may Respublika günü ilə əlaqədar olaraq tədbir keçirdilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə vilayət rəhbəri Pavlo Kuzmenko, şəfaətçi Oksana Hetman, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Oxtirka yerli muzeyinin direktoru Lyudmila Mişşenko iştirak ediblər. Ukrayna və Azərbaycan dostluğu həmişə dəstəklənib. İki dövlətin tarixində Ukrayna və Azərbaycan xalqlarının getdikcə daha çox bir araya gəlməsinin faciəli tərəfləri də …

Read More »

Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

“Akıncı” zərbə pilotsuz uçuş aparatı (PUA) İstanbuldan Bakıya dayanmadan uçub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Beləliklə, rekorda imza atılıb. Əlbəttə, fərqli hadisələr də olacaq. İnşallah, onları da görəcəyik”. Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində “Akıncı” zərbə PUA-sı da nümayiş etdirilir.

Read More »

Ərdoğan: “Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur”

“Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində …

Read More »

Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla …

Read More »

İlham Əliyev Əziz Səncər və Selçuk Bayraktarı gənclərə nümunə göstərib

“Bu gün TESKNOFEST festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Teknofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, …

Read More »

Ərdoğan: “Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”

“Əziz qardaşım, dəyərli qonaqlar, sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin”, – o söyləyib.

Read More »

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar. Boyukmillet.com xəbər verir ki, onlar festivalda Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” və “Solotürk” qruplarının nümunəvi çıxışlarını izləyəcəklər.

Read More »

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib. Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni …

Read More »