Rusiyanın tammiqyaslı hücumu başlayandan bəri Ukraynada 3 974 mülki şəxs ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir. Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir. Bildirilib ki, ölənlər arasında 1 497 kişi, …
Read More »Yearly Archives: 2022
Rəşad Nəbiyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə ilə dostluq və qardaşlıq nümunəsidir”
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “Bu festivaln iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. “TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir. …
Read More »Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin …
Read More »Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib
Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun …
Read More »Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq. İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr aparılacaq. Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi …
Read More »Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
Masallıda keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq …
Read More »Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram”.
Read More »Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Rusiya-Azərbaycan …
Read More »Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbir 4 gün davam edəcək. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunub. “TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. …
Read More »İraqda Türkiyə hərbçisi şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyat zonasında Türkiyə hərbçisi Mehmet Meral şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. O, orduda müqavilə əsasında xidmət edirmiş. Xatırladaq ki, ötən gün PKK terrorçularının hücumu nəticəsində 5 hərbçi şəhid olmuşdu, 2 nəfər yaralanmışdı.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar