Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib. Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, …

Read More »

BMT-nin ali komissarı: “İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb”

“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”. Boyukmillet.com  xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib. Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları …

Read More »

Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb

Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Qismət Gözəlovun fəaliyyət müddəti başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. O bildirib ki, Q.Gözəlovla görüşüb və TDT-yə, türk dünyasına verdiyi töhfəyə görə azərbaycanlı diplomata təşəkkür edib. Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Təşkilatın mərkəzi ofisi İstanbulda yerləşir.

Read More »

“Ermənistan Azərbaycan ərazilərinin minalanmasını davam etdirir” – RƏY

“Ermənistan 30 il ərzində olduğu kimi bu gün də Azərbaycan ərazilərinin minalanmasını davam etdirir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O, beynəlxaq hüquqa əsasən, müharibə bitdikdən sonra Ermənistanın mina xəritələrini Azərbaycana verməli olduğunu xatırladıb: “Ancaq bu xəritələr Azərbaycana verilmədi. Eyni zamanda Ermənistanın ayrı-ayrı dövlətlərin iştirakı ilə Azərbaycana verdiyi xəritələr də qeyri-dəqiq olub. Bu səbəbdən 270-ə yaxın azərbaycanlı minaya …

Read More »

Zabit: “Sarıbabada basdırılan minalar insan tələfatı üçün nəzərdə tutulub”

“Laçın rayonunun Sarıbaba yüksəkliyində basdırılan minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və bu minalar insan tələfatı üçün nəzərdə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin polkovnik-leytenantı Cavid Cabbarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və jurnalistlərə məlumat verərkən deyib. Onun sözlərinə görə, Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan minalar 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilib: “Bunlar …

Read More »

Moldova səfiri İlham Əliyevi Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib

Moldovanın Azərbaycana təyin edilmiş yeni səfiri Aleksandr Esaulenko Prezident İlham Əliyevi Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib. Boyukmillet.com xəbər verir ki, səfir təbriklərini noyabrın 24-də Prezidentə etimadnaməsini təqdim edərkən çatdırıb. “Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim”, – Aleksandr Esaulenko Azərbaycan …

Read More »

İlham Əliyev: “Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər”

“Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 24-də Liviyanın Azərbaycandakı yeni səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. …

Read More »

Almaniyada Nurəddin Qələvinin evinə hücum olunub

Almaniyanın Bonn şəhərində ömrünü Güney Azərbaycanın haqq davasına həsr etmiş soydaşımız dr.Nurəddin Qələvinin evinə hücüm olunub. Boyukmillet.com xəbər verir ki, yaxınlarının sözlərinə görə naməlum şəxslər Qələvinin evinə daxil olaraq ona fiziki təziq göstəriblər. Bu hücumun İran qüvvələri tərəfindən planlaşdırıldığı iddia olunur. Ayna Fərhad

Read More »

Azad olunan ərazilərdə Azərbaycanın 268 vətəndaşı minaya düşüb, 45-i həlak olub

2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, onlardan 3 nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Read More »

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Xatırladaq ki, noyabrın 21-də …

Read More »