Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda dəyişikliklər edilir. Boyukmillet.com xəbər verir ki, artıq bununla bağlı layihələr hazırlanıb. Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərlə bağlı maraqlanıb və tapşırıqlar verib.

Read More »

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya Federativ Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yurqen Şolts ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, ona Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb. “Almaniya Xarici İşlər Nazirliyi bu gün Berlindəki səfirimizi Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın Ankaradakı səfiri Yurqen Şolts nazir müavini və AB işləri üzrə direktor Faruk Kaymakci tərəfindən Xarici İşlər …

Read More »

Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər. Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin …

Read More »

Zakir Həsənov Ramazan bayramı münasibətilə şəxsi heyəti təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram. İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində …

Read More »

Qırğızıstanın yeni xarici işlər naziri təyin edilib

Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə – 2010-2012-ci illərdə, ikinci – 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin …

Read More »

Rusiya və Ermənistan XİN başçıları Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar. “Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il …

Read More »

Vilayət Eyvazov Göyçayda əməliyyat müşavirəsi keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-də və 29-da Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər …

Read More »

İstanbulda boya fabrikində yanğında 3 nəfər ölüb – PARTLAYIŞ ANI – VİDEO

İstanbulda boya fabrikində baş vermiş yanğında üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Boyukmillet.com  NTV-yə istinadən xəbər verir ki, Tuzladakı fabrikdə partlayışla müşayiət olunan yanğının nədən baş verdiyi hələlik məlum deyil. Ölənlərin fabrikdə çalışan işçilər olduğu bildirilir. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, bundan əvvəl yanğın nəticəsində 3 nəfərin aqibətindən xəbər olmadığı açıqlanmışdı. *** 15.49 Türkiyənin İstanbul şəhərində …

Read More »

XİN başçısı “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzulu konfransda iştirak edib

29 Aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində iştirak edib. Boyukmillet.com xəbər verir ki, nazir Ceyhun Bayramov konfrans iştirakçılarına postmünaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin …

Read More »

Laçında fəhlə minaya düşüb

Laçında fəhlə minaya düşüb. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində …

Read More »