Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Küçələrdə dilənçilik edən 450 uşaq aşkarlanıb, 75 valideyn cəzalandırılıb

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb. Sənəddə bildirilib ki, qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən …

Read More »

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub – EKSKLÜZİV

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisə daxil olub. Boyukmillet.com-un xəbərinə görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.

Read More »

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub

Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Burada qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması …

Read More »

İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək. Boyukmillet.com xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb. Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir. Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib. …

Read More »

Ərdoğan və Putin telefonla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb. O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların …

Read More »

Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci “Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub. Boyukmillet.com Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb. Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə …

Read More »

Rusiya XİN Qərbə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına münasibət bildirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova bu barədə jurnalistlərə açıqlamasında danışıb. “Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya verilən silahlarla Rusiyanın ərazisindəki hərbi obyektləri vurmaq olar. Biz buna əvvəllər də münasibət bildirmişik. Belə hərəkətlər cavabsız qala bilməz. Mən istərdim ki, Qərb bizim xəbərdarlıqlarımızı ciddi qəbul …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. Boyukmilet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib. “Biz buna hazırıq, indi top Ermənistandadır”, …

Read More »

Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək

“Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Komissiyanın işi yekunlaşmaq üzrədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib. Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişiklikər olacaq”.

Read More »

BŞİH başçısı: “Bakıda qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır”

“Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib. Onun sözlərinə görə, bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar mövcuddur: “Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar …

Read More »