Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 10 milyondan çox sakin evini tərk etməli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, Rusiya hərbçiləri 148 uşağın ölümünə səbəb olub. “Rusiya əsgərləri Ukraynaya öldürmək və məhv etmək üçün gəliblər. 148 uşaq Rusiya hərbçiləri tərəfindən açılan atəş və hava hücumları nəticəsində həlak olub. 10 milyondan çox …
Read More »Yearly Archives: 2022
Rusiya Ukraynaya 1 300-dən çox raket atıb
Rusiya müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 1 370 raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, raket zərbələri nəticəsində Ukraynanın 15 hava limanını məhv edilib.
Read More »“Əş-Şəbab” qruplaşması Somalidə bir şəhəri ələ keçirib
“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo-Marer şəhərinə daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Goobjoog News” portalı məlumat yayıb. Məlumata görə, hökumət bölmələri şəhərin mərkəzindən kənara çəkilib və Kambaridəki ordu bazasında cəmləşib. Qeyd edək ki, Bulo-Marer Afrika İttifaqının Somalidəki Missiyasının Uqanda kontingentinə ev sahibliyi edir. Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələ alınmayıb.
Read More »Baş Prokurorluq Naxçıvanda məktəbin uçması ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin uçması ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon …
Read More »Sumqayıt gəncləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər
“Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, 4 …
Read More »İlham Əliyev: “Təqdim etdiyimiz beş prinsip yaxşı beynəlxalq davranışı əks etdirir”
“Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın Ermənistana təqdim …
Read More »Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb. “Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, …
Read More »Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub
Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında qərar qəbul edilib. Xatırladaq ki, bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa şəhəridir.
Read More »Ukrayna ordusu Zaporejyedə daha 5 yaşayış məntəqəsini işğaldan azad edib
Ukrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib. Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir”. Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, …
Read More »Ersin Tatar: “Xalqımızı terror təşkilatlarının insafına buraxmağımız mümkün deyil”
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezident Ersin Tatar EOKA terror təşkilatının 1955-ci il aprelin 1-də silahlı hərəkətlərə başlamasını dəyərləndirərək, xalqı terror təşkilatlarının insafına buraxmasının mümkün olmadığını vurğulayıb. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar EOKA terror təşkilatının 1 aprel 1955-ci ildə silahlı hərəkətlərə başlamasının 67-ci ildönümü münasibətilə açıqlama verib. Kıbrısı yunan adası etmək üçün 67 il əvvəl silahlı hərəkətlərə başlayan yunan-rum rəhbərliyinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar