“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və digərləri kassasiya şikayəti verib. Boyukmillet.com -un məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə iclası aprelin 19-na təyin edilib. Qeyd edək ki, C.Hacıyev və digərləri 2015-ci ildə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə …
Read More »Yearly Archives: 2022
Naxçıvanın xüsusi təyinatlı bölmələri yüksək dağlıq ərazilərdə məşğələlər keçirir
“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir. Qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir. …
Read More »Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib – EKSKLÜZİV
Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adının verilməsi ilə əlaqədar …
Read More »Azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinin aparılması qaydası müəyyənləşib
Azad olunmuş ərazilərdə tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü barədə məlumatların Reyestrə daxil edilməsi qaydası açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü işlərinin aparılmasını nəzərdə tutan …
Read More »Həqiqi hərbi xidmətə çağırış üzrə Komissiyanın yeni tərkibi formalaşdırılıb
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının yeni tərkibi formalaşdırılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla komissiyanın yeni tərkibi aşağıdakı kimidir: “Komissiyanın sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Komissiya sədrinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası daxili işlər …
Read More »Bakıda hərbi sursat aşkarlanıb
Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə …
Read More »Prezident Bahar Muradovanı təltif edib
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »“QHT ziyarətləri” layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb. Agentlikdən APA-ya verilən xəbərə görə, məqsəd qeyri-hökumət təşkilatlarını və onların imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini birgə müzakirə etməkdir. Layihənin qısa müddətdə həm …
Read More »Azərbaycanda qeyri-sabit hava şəraiti martın 25-dək davam edəcək
Azərbaycanda qeyri-sabit hava şəraiti martın 25-dək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib. Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm, Altıağacda 46 sm, …
Read More »Bakıdan Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib
Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib. Məlumat verilib ki, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar