Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir:
Read More »Yearly Archives: 2022
Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb. Dövlət Xidmətindən daxil olan məlumatda deyilir: “Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir. Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi …
Read More »Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. “Report” xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı – red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. …
Read More »VHP-dın iranlı deputatlara sərt cavab: 50 milyonluq Azərbaycan türkü dövlətimizin yanındadır!
Vətəndaş Həmrəyliyi Partiyası bir qrup iranlı deputatın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın Ermənistanla haqlı savaşına dəstək diplomatik dəstək verdilər. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində …
Read More »“Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkarlansa dondurulsun” – BƏYANAT
Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onlar dondurula bilər. Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanatda əksini tapıb. Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə bununla bağlı tədbirlərin görülməsi üçün çağırış edib.
Read More »İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sənəddə deyilir: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni …
Read More »Azərbaycan Fransaya nota verib, müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb. …
Read More »QHT sədri: Senatın qətnaməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir
Dünən Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsi qəbul olunub. Bu qətnamə ötən illər ərzində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə nail olmağı “hədəfləyən” ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir.Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.O qeyd edib ki, bu statusla Fransa ötən 23 illik müddət ərzində dünya ictimaiyyətini …
Read More »Prokuror Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə cəza istəyib
Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb. Belə ki, Bakı Balıq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar