Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Fırat Kalkanı” (“Fərat Qalxanı”) əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb. Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir. 2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə …

Read More »

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər. Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək. Bildirilib ki, səfirliklə aşağıdakı “Qaynar xətt” nömrələri ilə əlaqə …

Read More »

Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub

Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb. Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub. Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.

Read More »

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar. Məlumata görə, yeni sanksiyaların bəziləri bu gün – martın 8-də tətbiq oluna bilər. Qeyd edək ki, bu gün Avropa Komissiyasının …

Read More »

Azərbaycan nefti 10 dollaradək bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,93 ABŞ dolları, yaxud 8,36 % artaraq 128,71 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 129,68 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »

MN: “Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də …

Read More »

Dünya Bankı Ukraynaya 723 milyon dollar ayırıb

Dünya Bankı Şurası Ukraynaya yardım üçün 723 milyon ABŞ dollarından istifadəni təsdiqləyib. “Boyukmillet.com” xəbər verir ki, bu barədə maliyyə qurumunun saytındakı bəyanatda deyilir. Məlumata görə, 489 milyon dollarlıq yardım paketi təsdiq edilib ki, bunun da 350 milyon dolları kredit, 139 milyon dolları isə zəmanət kimi təqdim olunacaq, əlavə olaraq, 134 milyon dollar qrant və 100 milyon dollar paralel maliyyələşmə cəlb olunacaq. …

Read More »

Çempionlar Liqası: “Liverpul” “İnter”i, “Bavariya” “Zaltsburq”u qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. “Boyukmillet.com”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. “Liverpul” İngiltərədə İtaliya “İnter”ini qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərində Tyaqo Alkantara zədə səbəbindən oynamayacaq. Joel Matip və Roberto Firminonun görüşdə iştirakı sual altındadır. Milan klubunda isə Nikola Barella cəzalıdır. Gecənin digər …

Read More »

BMT Baş katibi dünya ölkələrinə xəbərdarlıq edib

BMT Baş katibi Antoniu Quttereş dünya ölkələrinə koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib. “Boyukmillet.com” xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter hesabında yazıb. “Altı milyon insanın COVID19-dan faciəvi şəkildə itkisi, pandemiyaya qarşı ehtiyatlılığımızı aşağı salmamalı olduğumuzu xatırladan ağrılı bir xatırlatmadır. Biz onların xatirəsi ilə daha tez-tez hərəkət etməliyik ki, hamı, hər yerdə peyvənd və müalicələrə əlçatan olsun”, – Antoniu Quttereş …

Read More »

Bakıda 3 yaşlı körpəni avtomobil vurub

Bakıda 3 yaşlı körpəni avtomobil vurub. “Boyukmillet.com”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Vəkilov Əli Telman oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »