Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Belə ki, Baş prokuror Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun …
Read More »Yearly Archives: 2022
Ekspert: “Rəsmi Tehran həm İran, həm də Ukrayna xalqlarının hüquqlarını pozur”
“İran rejimi Rusiyanı silahlarla təmin etməklə həm öz xalqına, həm də Ukrayna xalqına qarşı beynəlxalq hüququ pozur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Atlantik Şurasının böyük elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin energetika, inkişaf və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib. O bildirib ki, ölkələr yalnız birgə səylər sayəsində İranın həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda …
Read More »Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Read More »Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun …
Read More »İrandan Azərbaycana 10 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb
Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə …
Read More »Bakıda bəzi rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib
Bakıda neqativ halların daha çox qeydə alındığı rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, BŞİH-də paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib. …
Read More »İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib
İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz …
Read More »Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığıda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.Sizin acınız bizim də acımızdır. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin …
Read More »Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var
Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü axşam “Geo” telekanalı məlumat yayıb. Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir. Telekanalın …
Read More »Türkiyənin DİN rəhbəri: “İstanbulda terror aktını PKK/PYD törədib”
Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik”. “Nə olursa …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar