Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan əsilli idmançı UFC-də ölkəmizi təmsil edəcək

ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazanıb. Boyukmillet.com xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən H.Əliyev yarışda 30 yaşlı ABŞ idmançısı Andres Quintana ilə qarşılaşıb. O, beş raund davam edən kəmər uğrunda döyüşdə (“Title Fight”) rəqibinə qalib gəlib. H.Əliyev bununla növbəti mərhələdə UFC-də Azərbaycanı təmsilçiliyi üçün …

Read More »

FHN: Ötən sutka ərzində 30 yanğın faktı qeydə alınıb

Ötən sutka ərzində 30 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində “Chevrolet” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 …

Read More »

Çavuşoğlu: “Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik”

“Rusiya-Ukrayna böhranında təşviş içərisində deyilik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Rusiya-Ukrayna böhranı ilə bağlı lazımi addımları atdıq. Münaqişə halında Ukraynadan təxliyə planımız hazırdır. Türkiyə münaqişə tərəfdarı deyil, bizim mövqeyimiz gərginliyin sona çatması üçündür”, – Çavuşoğlu qeyd edib.

Read More »

Saatlıda Vətən müharibəsi şəhidinin xatirə bulağı açılıb

Saatlıda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, şəhid Məmmədov Anar Zahəddin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədilə rayonun Mustafabəyli kəndində inşa olunan “Anar Bulağı”nın açılış mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər iştirak edib. Qeyd edək ki, şəhid Anar Məmmədov 1992-ci ildə anadan olub. O, 2020-ci il oktyabrın 17-də Vətən müharibəsi zamanı şəhidlik …

Read More »

Makron və Putin Ukrayna məsələsini müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər. “Agency France Presse” də öz növbəsində liderlərin telefon danışığında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna münasibətləri olduğunu xəbər verib. Fransa Prezidenti Emmanuel …

Read More »

Milli Demokratiya Fondunun qrantları demokratiyaya xidmət edir?

Azərbaycan cəmiyyətində ABŞ-a birmənalı münasibət yoxdur. Buna səbəb müstəqilliyinin bərpasının ilk illərində, demokratik inkişaf yolunu tutan, torpaqlarını Ermənistanın işğalından azad etmək istəyən ölkəyə qarşı ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilməsi idi. 1992-ci ildə qəbul olunan “907-ci düzəliş” adlanan bu sanksiya Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayırdı. ABŞ-ın indiki prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və onun …

Read More »

Türkiyə XİN: Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırıq

“Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının efirində deyib. “Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında dediyi kimi, hər iki tərəf razılaşarsa, biz məmnuniyyətlə vasitəçiliyə hazırıq. Rusiya da bunu müsbət qarşılamalıdır”, – Çavuşoğlu vurğulayıb.

Read More »

Ombudsmanın nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər. Ombudsman Aparatının nümayəndələri hərbi hissədə …

Read More »