Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks …
Read More »Yearly Archives: 2022
Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub
Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, qəhrəmanın ata ocağında, Əliabad kəndində yerləşən ev muzeyi ziyarət edilir. Ziyarətdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər. Milli Qəhrəmanın ev muzeyi ziyarət edilir, ailəsi ilə görüş keçirilir. Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlər rayonun bir …
Read More »Azərbaycanda elektrik sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq
“Azərişıq” ASC NFC texnologiyasını dəstəkləyən elektrik sayğaclarını istifadəyə verməyə hazırlaşır. Bu barədə qurumdan bildirilib. Məlumata görə, bu növ sayğacların balansını mobil telefonla artırmaq mümkündür. Ödəniş etmək üçün “Azərişıq” mobil tətbiqi yüklənməli, balans artırılmalı, daha sonra mobil telefon sayğaca yaxınlaşdırılmaqla məbləğ qurğunun balansına köçürülməlidir. Bu yenilik sayəsində abunəçi elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. NFC topli …
Read More »Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
İqtisadiyyat Naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir məlumat verib. “Avropa İttifaqının təklif etdiyi maliyyə alətləri, qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyalar və işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq”, – o deyib.
Read More »Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçirilib. “Report”un Rusiya bürosu xəbər verir ki, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış ediblər. Pavilyonun direktoru Səadət Qədirova Moskvada yerləşən Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoruna təşəkkürünü bildirib: “Bu, Azərbaycanın …
Read More »Türkiyə səfiri Azərbaycan gənclərinə çağırış edib
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı azərbaycanlı gənclərə çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Gənclər, “Mənim də bir ideyam var” deyirsinizsə, mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iştirak üçün müraciət edin. Qeydiyyat fevralın 17-də bitir. Gözləyirik!”, – diplomat bildirib.
Read More »Hande Harmancı: “Azərbaycanda “Omikron”a yoluxma sayında yüksək artım var”
“Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun “Omikron” ştamına yoluxma sayında yüksək artım müşahidə edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, “Omikron”a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında …
Read More »Ukraynalı deputatlar azərbaycanlı zabitə Qəhrəman adı verilməsini təklif edib
Ukraynanın şərqində ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan azərbaycanlı kapitan Bağırov İlqar Saleh oğluna ölümündən sonra Ukrayna Qəhrəmanı adı verilə bilər. Ukraynanın İrpen şəhərinin meri Oleksandr Markuşin “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, bununla bağlı şəhər Radası (yerli parlament) qərar qəbul edib və prezident Volodimir Zelenskiyə müraciət edib. O, qeyd edib ki, hazırda böyük ümid ilə nəticəni gözləyirlər. …
Read More »Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub
Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: “Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı …
Read More »Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar