Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

Şəhriyar Məmmədyarov: “Sanki Karlsenlə deyil, kompüterlə oynayırdım”

Üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.  Boyukmillet.com həmin müsahibəni təqdim edir… – Nüfuzlu Veyk-An-Zeye superturnirində dünya çempionu Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə dəyərləndirirsiniz?– Sözsüz ki, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. …

Read More »

Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib

Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib. Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır. Şöbə müdiri bildirib ki, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Həmin məktəb və …

Read More »

İlham Əliyev: “Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”

“Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın …

Read More »

Prezident mükafatıçısı: “Gənclər Forumu gənclər üçün yol xəritəsi oldu”

“Prezident mükafatı ilə təltif edilməyim mənim üçün çox sevindirici və qürürverici bir hissdir. Gənclər sahəsindəki fəaliyyətimi dəyərləndirildiyi üçün Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Belə bir ali mükafatla təltif olunmaq və görülən işlərə şəxsən Prezident tərəfindən qiymət verilməsi bir gənc olaraq mənim üçün çox şərəfli hissdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Gənclər Təşkilatları Milli Şurasının sədri, 2022-ci il …

Read More »

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir, İlham Əliyev toplantıda iştirak edir

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir. Dövlət başçısı tədbirdə çıxış edib. Toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, …

Read More »

Tərtərdə minalanmış ərazilərdən dəmir yığan şəxslər həbs olunub

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib. Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir …

Read More »

Dünyada koronavirusa yoluxanların sayı 388 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 388 066 090 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 712 458nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür. ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. …

Read More »

Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək

Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Boyukmillet.com  xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb. Nəşr müxalifət bloklarının bu gün birgə bəyanatla çıxış edəcəyini də iddia edir. Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

Read More »

Azərbaycan neftinin qiyməti 95 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,52 % artaraq 95,07 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 91,56 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlanıb

Cəbrayılda xeyli sayda mina aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib. Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.

Read More »